100. ADİYAT SURƏSİNİN TƏRCÜMƏSİ

100. ADİYAT SURƏSİNİN TƏRCÜMƏSİ

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email
100-cü surə – əl-Adiyat (Qaçan atlar) surəsi (Məkkədə, bir rəvayətə görə isə Mədinədə nazil olmuşdur, 11 ayədir)

 

Bismillahir-rəhmanir-rəhim!

Rəhman və rəhim Allahın adı ilə

1 And olsun (cihad zamanı) tövşüyə-tövşüyə qaçan atlara;

2 And olsun (dırnaqları ilə daşdan) qığılcım qoparan atlara;

3 And olsun sübh çağı hücum edən atlara;

4 And olsun o vaxt (və ya: o yerdə) toz-duman qopardan atlara;

5 Sonra da onunla (tozanaqla) dəstəyə (düşmən dəstəsinə) təpinən atlara ki,

6 İnsan öz Rəbbinə qarşı çox nankordur.

7 Və o özü də buna şahiddir.

8 Həqiqətən, insan var-dövlətə çox hərisdir!

9 Məgər o bilmirmi ki, qəbirlərdə olanlar (dirilib) çıxardılacağı;

10 Ürəklərdə olanlar faş ediləcəyi zaman

11 Həmin gün Rəbbi onları (özlərinin bütün əməllərindən) xəbərdar edəcəkdir (cəzalarını verəcəkdir)!

Quran – V. Məmmədəliyev və Z. Bünyadov tərcüməsi