105. FİL SURƏSİNİN TƏRCÜMƏSİ

105. FİL SURƏSİNİN TƏRCÜMƏSİ

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Fil surəsi QURANIN  105-ci surəsi. MƏKKƏDƏ nazil olmuşdur, 5 ayədir.

Bismillahir-rəhmanir-rəhim!

Rəhman və rəhim Allahın adı ilə

1 (Ya Peyğəmbər!) Məgər Rəbbinin fil sahiblərinə (Kə’bəni dağıtmaq üçün fillərlə Məkkənin üstünə gələn həbəş ordusuna) nələr etdiyini görmədinmi?!

2 Məgər (Rəbbin) onların hiyləsini boşa çıxartmadımı?!

3 Onların üstünə qatar-qatar quşlar (əbabil quşları) göndərdi.

4 (O quşlar) onlara bişmiş gildən düzəlmiş (möhkəm xırda) daşlar atırdı.

5 (Rəbbin) onları (həşərat tərəfindən) yeyilmiş əkin yarpağına (saman çöpünə) döndərdi!

Quran – V. Məmmədəliyev və Z. Bünyadov tərcüməsi