106. QUREYŞ SURƏSİNİN TƏRCÜMƏSİ

106. QUREYŞ SURƏSİNİN TƏRCÜMƏSİ

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Qureyş surəsi Quranın 106-cı surəsi. Məkkədə nazil olmuşdur, 4 ayədir.

Bismillahir-rəhmanir-rəhim!

Rəhman və rəhim Allahın adı ilə

1 (Ya Peyğəmbər! Qüreyşlilərə de ki) Qüreyşin ülfəti (dostluğu və ya Allahın onlar üçün səfəri asanlaşdırması) xatirinə,

2 Onlara qış və yay səfərini müyəssər edilməsi (qışda Yəməndə, yayda Şamda istirahət və ticarət edə bilmələri) xatirinə.

3 Bu evin Rəbbinə (Kə’bənin sahibi Allaha) ibadət etsinlər!

4 O Allah ki, onları aclıqdan qurtarıb yemək verdi və onlara qorxudan (fil sahiblərinin təhlükəsindən) sonra əmin-amanlıq bəxş etdi.

Quran – V. Məmmədəliyev və Z. Bünyadov tərcüməsi