108. KÖVSƏR SURƏSİNİN TƏRCÜMƏSİ

108. KÖVSƏR SURƏSİNİN TƏRCÜMƏSİ

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Əl-Kovsər (Kövsər) surəsi Quranın 108-ci surəsidir (Məkkədə nazil olmuşdur, 3 ayədir).

Bismillahir-rəhmanir-rəhim!

Rəhman və rəhim Allahın adı ilə

1 (Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər (Cənnətdəki Kövsər irmağını və ya bol ne’mət, yaxud Qur’an, peyğəmbərlik) bəxş etdik!

2 Ona görə də (bu ne’mətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!

3 (Ya Peyğəmbər! Oğlun Qasim, yaxud İbrahim vəfat etdiyi zaman sənə sonsuz, arxası kəsik, nəsli kəsilmiş deyən) sənin düşməninin (As ibn Vailin) özü sonsuzdur! (Sənin nəslin qiyamətə qədər törəyib artacaq, adına isə həmişə rəhmət oxunacaqdır!)

Quran – V. Məmmədəliyev və Z. Bünyadov tərcüməsi