113. FƏLƏQ SURƏSİNİN TƏRCÜMƏSİ

113. FƏLƏQ SURƏSİNİN TƏRCÜMƏSİ

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

113-cü surə – əl-Fələq (Sübh) surəsi (Məkkədə nazil olmuşdur, 5 ayədir).

Bismillahir-rəhmanir-rəhim!

Rəhman və rəhim Allahın adı ilə

1 (Ya Peyğəmbər!) De: “Pənah aparıram sübhün Rəbbinə!

2 Yaratdıqlarının (insanların, cinlərin, vəhşi heyvanların) şərindən;

3 Zülmətə bürünməkdə olan gecənin (və ya: batan ayın, ziyası sönən ulduzların) şərindən;

4 (Ovsun oxuyub) düyünlərə üfürən (yaxud: cadu edib iplərə düyün vuran) qadınların şərindən;

5 Və bir də paxıllığı tutanda paxılın şərindən!”

Quran – V. Məmmədəliyev və Z. Bünyadov tərcüməsi.