114. NAS SURƏSİNİN TƏRCÜMƏSİ

114. NAS SURƏSİNİN TƏRCÜMƏSİ

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

114-cü surə – ən-Nas (İnsanlar) surəsi (Məkkədə nazil olmuşdur, 6 ayədir).

Bismillahir-rəhmanir-rəhim!

Rəhman və rəhim Allahın adı ilə

1 (Ya Peyğəmbər!) De: “Pənah aparıram insanların Rəbbinə;

2 İnsanların ixtiyar sahibinə;

3 İnsanların tanrısına;

4 Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qorxusundan) qaçıb gizlənən Şeytanın şərindən-

5 O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır,

6 (O Şeytan ki) cinlərdən də olur, insanlardan da! [Və ya: (o Şeytan) istər cinlərdən olsun, istər insanlardan!]”

Quran – V. Məmmədəliyev və Z. Bünyadov tərcüməsi