18.Kəhf surəsinin tərcüməsi

18.Kəhf surəsinin tərcüməsi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Kəhf surəsi

(Məkkədə nazil olmuşdur, 110 ayədir)

Rəhman və rəhim Allahın adı ilə

  1. Sitayiş öz bəndəsinə kitab nazil edən və onda heç bir yanlışlığa yol qoymayan Allaha məxsusdur.
  2. Öz tərəfindən olan şiddətli əzabla qorxutmaq, saleh işlər görən möminləri yaxşı mükafatla müjdələyən möhkəm və (digər səmavi kitabları) qoruyan (bir kitabdır).
  3. Orada həmişəlik qalasıdırlar.
  4. (İlahi kitab və peyğəmbər) Allah Özünə övlad götürmüşdür” deyənlərə xəbərdarlıq edələr.
  5. Onların və atalarının bu sözlə bağlı heç bir elmi yoxdur. Onların ağzından çıxan bu söz böyük böhtandır. Onlar yalnız yalan danışırlar.
  6. Qorxu var ki, əgər bu hədisə (Qurana) iman gətirməsələr, sən onların ardınca özünü həlak edəsən!
  7. Əlbəttə, Biz yer üzündə olanı onun üçün zinət qərar verdik və hansının daha üstün və yaxşı əməl edəcəyini sınağa çəkmək istədik.
  8. Biz (sonda) onun üzərində olanı torpaq və otsuz-ələfsiz yer şəklinə saldıq.
  9. Yoxsa güman edirsən ki, Kəhf əshabı və Rəqim Bizim qəribə nişanələrimizdəndir?
  10. Cavanlar mağaraya pənah apardıqları vaxt dedilər: «Pərvərdigara! Bizə Öz tərəfindən rəhmət əta et və bizim üçün işimizdə irəliləyiş qərar ver.»
  11. Mağarada olduqları neçə ildə onların qulaqlarını qapadıq.
  12. Həmin iki dəstədən hansının öz yuxu və yubanma müddətini dəqiq hesablaması üçün onları qaldırdıq.
  13. Biz onların (Kəhf əshabının) əhvalatını sənə olduğu kimi hekayət edirik. Onlar Rəblərinə iman gətirmiş gənclər idi və Biz onların hidayətini artırdıq.
  14. Biz onların qəlbinə güc və möhkəmlik verdik, ayağa qalxıb (xalqdan fərqli olaraq) dedilər: «Bizim Rəbbimiz elə həmin göylərin və yerin Rəbbidir. Heç vaxt Ondan başqa məbud çağırmayacağıq. Belə etmiş olsaq, xəta söz demiş olarıq.»
  15. O bizim qövmdür ki, Allahdan savay məbudlar qəbul etdi. Nə üçün öz tanrılarına aşkar dəlil göstərmirlər? Allaha iftira yaxandan da sitəmkarı kimdir?!
  16. Müşriklərdən və onların Allahdan başqa pərəstiş etdiyi tanrılardan uzaqlaşdığınız vaxt mağaraya sığının ki, Rəbbiniz sizin üçün Öz mərhəmətindən əta etsin və sizin üçün işinizdə açılış qərar versin.
  17. (Əgər orada olsaydın) görərdin ki, günəş doğduğu vaxt onların sağına meyl edir, batdığı vaxt onları boşlayıb sola yönəlir. Onlar mağaranın geniş bir hissəsində qərar tutdular. Bu, Allahın ayə və nişanələrindəndir. Allahın hidayət etdiyi kəs həqiqətən hidayət olmuşdur. Onun yoldan çıxardığı kəs üçün isə heç vaxt yol göstərən yardımçı tapa bilməzsən.
  18. (Əgər onlara baxsaydın) onları oyaq sayardın (çünki gözləri açıq idi). Halbuki onlar yuxuda idilər. Biz onları sağ və sol tərəfə çevirərdik (ki, salamat qalsınlar). Onların iti pəncələrini mağaranın astanasında qoymuşdu (keşik çəkirdi). Əgər onlara baxsaydın, baş götürüb qaçardın. Başdan ayağa qorxuya bürünərdin.
  19. Aralarında bir-birlərindən soruşsunlar deyə onları bu sayaq oyatdıq. Onlardan biri dedi: “Mağarada) nə qədər qalmısınız? Dedilər: “Bir gün, ya günün bir hissəsi.” (Nəhayət) dedilər: “Burada nə qədər qaldığınızı Rəbbiniz daha yaxşı bilir. Aranızdan birini bu pulunuzla şəhərə göndərin ki, görsün hansı pak qidalar var və sizin üçün ondan gətirsin. Bu işdə zirək olsun və məbada kimsəni sizdən xəbərdar etsin!
  20. Əgər onların (müşriklərin) sizə əli çatsa, sizi daşqalaq edəcək, ya da öz ayinlərinə döndərəcəklər. Belə olsa, heç vaxt nicat tapmayacaqsınız.
  21. Aralarında (qiyamətdəki) işləri haqqında söhbət olduqda ilahi vədin haqq olduğunu bilsinlər deyə onları bu sayaq hallarından xəbərdar etdik. Qiyamətin yetişəcəyinə heç bir şübhə yoxdur. (Bu həqiqət aşkarlandıqda) bir dəstə dedi: «Onların üzərində bir bina tikin, Rəbləri onların halını daha yaxşı bilir.» Onların işindən xəbərdar olanlar isə belə dedilər: “Biz onların üzərində məbəd tikərik.
  22. Tezliklə deyəcəklər: “(Kəhf səhabələri üç nəfər idi, dördüncüləri isə it idi.” (Başqa bir dəstə) deyər: “Onlar beş nəfər idi, altıncıları isə it idi.” (Bu əsassız söz) naməlum keçmişə güman oxu atmaqdır. (Digər bir dəstə) deyər: “Onlar yeddi nəfər idilər və səkkizinciləri it idi.” De ki, Rəbbim onların sayını daha yaxşı bilir. Onların sayından az bir hissə xəbərdardır. Onlar haqqında zahirə baxıb mübahisə etmə və onlar haqqında (kitab əhlindən) kimsənin fikrini soruşma.”
  23. Heç nə və heç iş haqqında “Onu sabah yerinə yetirəcəyəm” demə.
  24. Yalnız de ki, Allah istəsə” (“İnşaəllah”) Əgər (bunu deməyi) unutsan, Rəbbini yad et və de: “Ümid var ki, Rəbbim məni daha yaxın yola yönəltsin.
  25. Onlar öz mağaralarında 300 il qaldılar və 9 il də artırıldı.
  26. De ki, Allah mağarada qaldıqları müddəti daha yaxşı bilir. Göylərin və yerin qeybi də Ona aiddir. Necə də görən və eşidəndir! Xalq üçün Ondan savay yardımçı yoxdur. O Öz hökmünə kimsəni şərik etməmişdir.
  27. Rəbbinin xitabından sənə vəhy olunanı (xalqa) oxu. İlahi sözləri (sünnələri) dəyişən yoxdur. Heç vaxt Ondan savay sığınacaq tapmazsan.
  28. Sübh və şam vaxtı Rəblərini çağıran və Onun razılığını diləyənlərə qarşı dözümlü ol. Gözünü onlardan çəkmə ki, dünya bər-bəzəyi istəyəsən. Qəlbini Allah zikrindən xəbərsiz qoyduqlarımıza və öz həvəslərinin ardınca gedənlərə, işlərində həddi aşanlara tabe olma.
  29. De ki, haqq Rəbbiniz tərəfindən yetişmişdir. İstəyən iman gətirsin, istəməyən kafir olsun. Həqiqətən Biz sitəmkarlar üçün pərdə tək onları bürüyəcək od hazırlamışıq. Sığınacaq axtardıqda (mis kimi) qaynar su ilə çöhrələrini yandırmaqla onlara yardım göstərilər. Necə də pis içki, necə də pis məkandır!
  30. Həqiqətən, iman gətirib saleh işlər görənlər (bilsinlər ki,) şübhəsiz, Biz yaxşı iş görənlərin mükafatını puça çıxarmarıq.
  31. Onlar üçün ağacları altdan çaylar axan əbədi bağlar var. Orada qızıl bilərziklərlə bəzənər, nazik və qalın ipəkdən yaşıl libaslar geyinər, (behiştə məxsus) taxtlara söykənərlər. Necə gözəl mükafat və necə xoş yerdir!
  32. (Ey peyğəmbər,) onlar üçün iki kişini məsəl çək: onlardan biri üçün iki üzüm bağı qərar verdik və ətrafını xurma ağacları ilə əhatəyə aldıq. Həmin iki bağ arasında əkin yerləşdirdik.
  33. Hər iki bağ öz məhsulunu verdi və ondan bir şey əskilmədi. Onların arasında bir çay axıtdıq.
  34. Həmin kişinin (çoxlu) meyvəsi vardı. Onunla danışmaqda olan dostuna dedi: “Mən səndən varlı, say baxımından güclüyəm.
  35. O özünə sitəm qılmış halda bağın içinə gəldi və (lovğalıqla) dedi: “Bunun nə vaxtsa məhv olacağını güman etmirəm!
  36. Güman etmirəm ki, qiyamət qopa. Əgər hətta Rəbbimə doğru qaytarılsam, şübhəsiz, bundan da üstününü tapacağam.
  37. Dostu onunla danışan halda dedi: “Səni torpaqdan, sonra nütfədən yaratdığı, kamil və tam bədənli insan etdiyi halda kafir olursanmı?!
  38. Amma mən (deyirəm ki, odur Allah), mənim Rəbbim. Kimsəni öz Rəbbimə şərik qoşmuram.
  39. Nə üçün bağa daxil olduğun vaxt «maşallah, Allahdan başqa heç bir qüdrət yoxdur!» demədin? Əgər məni var-dövlət və övlad baxımından özündən əskik görürsənsə!
  40. Ümid var ki, Rəbbim sənin bağından da yaxşısını mənə əta etsin və sənin bağına səmadan hesab olmuş cəza (şimşək və əzab) göndərməklə onu yerlə yeksan etsin, otsuz və sürüşkən hala salsın.
  41. Ya onun suyu hopsun və heç vaxt onu geri qaytara bilməyəsən.
  42. Onun bar-bəhrəsi (ilahi qəzəblə) əhatə oldu. Elə bir hala düşdü ki, bağa qoyduğu xərclərə xatir (həsrətdən) iki əlini bir-birinə çəkdi. Halbuki onun (bağın) dayaqları uçulub tökülmüşdü. O deyirdi: “Kaş ki, kimsəni Rəbbimə şərik qoşmayaydım.
  43. Heç bir qövmün Allahın qəzəbi qarşısında yardımçısı yoxdur və özünə yardım göstərmək gücündə deyil.
  44. O halda vilayət və qüdrət yalnız haqq olan Allaha məxsusdur. Ən üstün mükafat və ən yaxşı sonluq Onun tərəfindədir.
  45. (Ey peyğəmbər,) onlar üçün dünya həyatını məsəl çək; (müvəqqətilikdə) su kimidir ki, səmadan endirdik, yerin otu (onun vasitəsilə ilə) qarışar, qəfildən quruyar. Belə ki, küləklər (onları) sovurar. Allah hər şeyə qüdrətlidir.
  46. Var-dövlət və övladlar dünya həyatının zinətidir. Layiqli və davamlı işlərin Allah yanında daha üstün mükafatı var. Onlara ümid etmək yaxşıdır.
  47. (Xatırla,) o gün ki, dağları hərəkətə gətirərik və yeri aşkar (saf, hamar) görərsən. Hamını ayağa qaldırarıq və kimsəni boşlamarıq.
  48. (Həmin gün) bütün insanlar cərgələnib Rəbbinə təqdim olunar. (Allah onlara buyurar:) «Sizi ilk dəfə yaratdığım kimi (bu gün də) Bizə doğru gəldiniz. Yoxsa düşünürdünüz ki, heç vaxt verdiyimiz vədi yerinə yetirməyəcəyik?»
  49. Kitab (əməl naməsi) ortaya qoyular. Günahkarları bu naməyə görə qorxmuş görərsən və onlar deyərlər: “Vay olsun bizə, bu necə yazıdır ki, heç bir (söz və əməl) kiçik və böyük ötürülməyib və hesaba alınıb! Onlar öz əməllərini (qarşılarında) hazır görərlər və Rəbbləri kimsəyə sitəm qılmaz.
  50. (Xatırla,) o zaman ki, mələklərə dedik: «Adəmə səcdə edin.» İblisdən savay hamı səcdə etdi! O cinlərdən idi və Rəbbinin göstərişindən boyun qaçırdı. (Belə olan halda) onu və onun nəslini mənim yerimə himayəçimi seçirsiniz? Halbuki onlar sizə düşməndirlər! Sitəmkarlar Allahın əvəzinə pis bir şeyi seçmişlər.
  51. Mən onları (İblis və övladlarını) nə səmaların və yerin, nə də özlərinin yaranışında şahid gətirmədim. Mən azğınları özümə köməkçi götürmərəm.
  52. (Xatırla,) o gün ki, (qiyamətdə Allah mələklərə) deyər: «Mənə şərik qoşduqlarınızı yanınıza çağırın (sizə kömək etsinlər). Onları çağırarlar, amma bir cavab çıxmaz. Biz onların arasında həlakət dərəsi qərar verərik.»
  53. Günahkarlar (qiyamətdə) cəhənnəm odunu görərlər. Anlayarlar ki, bu oda düşəcəklər və qurtuluş yolu tapmayacaqlar.
  54. Əlbəttə, Biz bu Quranda xalq üçün müxtəlif məsəllər çəkdik. İnsan isə hər şeydən öncə höcətləşəndir.
  55. Hidayət (doğru yol göstərişi) gəldikdən sonra xalqa iman gətirməkdən və öz Rəbbindən bağışlamaq diləməkdən uzaqlaşdıran nə oldu? Yalnız o ki, (istədilər) əvvəlkilər haqqında Rəblərinin sünnəsi (ilahi əzab) onlar üçün də gəlsin, ya da əzab onlarla qarşı-qarşıya dayansın!
  56. Biz peyğəmbərləri yalnız (möminlərə) müjdə verən və (günahkarları) qorxudan kimi göndəririk. Amma kafirlər batil yolla höcətləşib, düşmənçilik aparırlar ki, haqqı məhv etsinlər. Onlar bizim nişanələrimizi və qorxudulduqları şeyi məsxərəyə qoydular.
  57. Rəbbinin ayələri ilə xəbərdar edildikdən sonra onlardan üz döndərən, öz keçmiş əməllərini unudan kəsdən sitəmkar kimdir?! Əlbəttə, Quran ayələrini anlamasınlar deyə Biz onların qəlblərinə pərdələr çəkdik, doğru yola çağırıldıqları vaxt yola gəlməsinlər deyə qulaqlarında ağırlıq qərar verdik.
  58. Rəbbin bağışlayan və rəhmət sahibidir. Əgər xalqı onların əməllərinə görə cəzalandırsa, onlara daha tez əzab göndərər. Amma onlar üçün vəd olunmuş məqam var. Allahın lütfü olmasa, heç vaxt geriyə dönüş yolu tapmazlar.
  59. Zülm etdikləri vaxt həmin abadlıqların əhlini həlak etdik. Onların məhvi üçün zaman müəyyənləşdirdik.
  60. (Xatırla,) o zaman ki, Musa gənc yoldaşına belə dedi: “İki dəryanın qovuşduğu yerə çatmayınca, illər uzansa belə öz axtarışımdan əl çəkmərəm.
  61. Onların ikisinin qovuşduğu məhəllə çatdıqları vaxt (yol üçün götürdükləri) balığı unutdular. Balıq da suya sıçrayıb getdi.
  62. Elə ki, (dəniz kənarından) ötdülər, Musa öz gənc yoldaşına dedi: “Səhər yeməyimizi gətir. Həqiqətən, bu səfərdə çox əziyyət görmüşük.
  63. (Həmin gənc) dedi: “Yadındadırmı, qayaya sığındığımız vaxt mən balığı unutdum. Onu mənə yalnız şeytan unutdurdu. Qəribədir, balıq dənizdə öz yolunu tutdu.
  64. (Musa) dedi: «Bu, axtardığımız həmin yerdir.» Öz ayaqlarının yerini izləyib həmin yolla qayıtdılar.
  65. Sonra (həmin yerdə) Öz tərəfimizdən böyük mərhəmət əta etdiyimiz bəndəmizi tapdılar. Biz ona Öz elmimizdən öyrətmişdik.
  66. Musa ona (Xızra) dedi: «Kamal üçün sənə öyrədilənləri mənə öyrədəsən deyə ardınca gəlimmi?»
  67. (Xızr) dedi: «Sən heç vaxt mənimlə yoldaşlığa dözə bilməzsən.»
  68. Tam şəkildə bilmədiyin bir şeyə necə səbir edə bilərsən?
  69. (Musa) dedi: «Allahın istəyi ilə məni dözümlü görəcəksən və heç bir işdə sənə itaətsizlik etməyəcəyəm.»
  70. (Xızr) dedi: «Əgər mənim ardımca gəlirsənsə, özüm bir söz deməyincə məndən heç nə haqqında soruşma.»
  71. O iki nəfər (Musa və Xızr) yola düşdülər. Nəhayət gəmiyə süvar oldular. (Xızr) onu deşdi. Musa dedi: «Yoxsa sərnişinləri batırmaq üçün onu deşdin? Həqiqətən, rəva olmayan bir iş gördün!»
  72. (Xızr) dedi: «Demədimmi ki, sən heç vaxt mənimlə yoldaşlığa dözməzsən?»
  73. (Musa) dedi: «Məni yaddan çıxartdığım üçün məzəmmət etmə və bu işə görə məni qınama.»
  74. Beləcə, bir gənclə rastlaşanadək yollarına davam etdilər. Xızr həmin gənci öldürdü. Musa dedi: “Kimsəni öldürməmiş bir günahsızımı öldürdün? Həqiqətən, pis bir iş görmüş oldun!
  75. (Xızr) dedi: «Demədimmi ki, mənimlə yoldaşlığa səbr edə bilməzsən?»
  76. (Musa) dedi: «Əgər bundan sonra səndən bir şey soruşsam, mənimlə yoldaşlıq etmə. Həmin halda, şübhəsiz, üzrün olacaq. (Haqqın olacaq ki, məndən uzaqlaşasan.)»
  77. O iki nəfər bir kənd sakini ilə rastlaşanadək yol getdilər. Həmin yerin əhlindən qida istədilər. Amma onlar bu iki nəfəri qonaq etmək istəmədilər. Həmin iki nəfər orada uçmaqda olan bir divar gördü. Xızr divarı bərpa etdi. (Musa təəccüblə) dedi: «Əgər istəsəydin, bu işə görə muzd ala bilərdin!»
  78. (Xızr) dedi: «Bu dəfə səninlə mənim aramda ayrılıq vaxtı çatdı. Tezliklə səni səbir edə bilmədiyin işlərin sirrindən agah edəcəyəm.»
  79. Amma həmin (deşilmiş) gəmi dənizdə işləyən yoxsulların idi. Onu nöqsanlı etmək istədim. Çünki onların yaxınlığında bütün salamat gəmiləri zorla ələ keçirən bir padşah vardı.
  80. (Öldürdüyüm) gəncin ata-anası mömin idi. Qorxduq ki, o, həmin iki nəfəri küfr və tüğyana sürükləyə.
  81. (Bu səbəbdən də) rəblərinin onlara bu övlad əvəzində daha pak və daha üstün birini verməsini istədik.
  82. Amma o divar həmin şəhərdəki iki yetim gəncin idi. Onun altında həmin iki nəfər üçün xəzinə vardı. Rəbbin istədi ki, həmin iki nəfər yetkinlik həddinə çatdıqdan sonra Rəblərinin onlara mərhəməti olan xəzinəni çıxarsınlar. Mən bu işləri özbaşına görmədim. Sənin dözə bilmədiyin işlərin sirri bu idi.
  83. Səndən Zül-Qərneyn haqqında soruşarlar. De ki, tezliklə sizə onun haqqında danışacağam.
  84. Həqiqətən, Biz yer üzündə ona (Zül-Qərneynə) qüdrət verdik, ona hər şeydən vasitə əta etdik.
  85. O, səbəb ardınca getdi (öz səfərinə başladı).
  86. Elə ki, günəşin qürub yerinə çatdı, onun qara və palçıqlı çeşmədə batdığını gördü. Onun yanında bir qövm də tapdı. Dedik ki, «ey Zül-Qərneyn, ya onlara əzab ver, ya da onların arasında yaxşı yolu tut (hamısını bağışla).»
  87. (Zül-Qərneyn) dedi: «Zülmkara əzab verəcəyik. Sonra Rəbbinə doğru qaytarılar və Rəbbi ona ağır əzab verər.»
  88. İman gətirib saleh iş görənin isə üstün mükafatı var və onun üçün Öz tərəfimizdən bir asanlıq müəyyənləşdirəcəyik.
  89. Sonra (Zül-Qərneyn növbəti səfər üçün) başqa səbəb sorağınca getdi.
  90. Nəhayət günəşin doğduğu yerə çatdı. Onu günəşdən başqa örtük qərar vermədiyimiz bir qövmə tülu edən halda gördü.
  91. Biz bu sayaq onun imkanlarından və işlərindən xəbərdar idik. (Bizim nəzarətimiz altında idi.)

92-93. Sonra (digər bir səfər üçün ixtiyarında olan səbəblərdən) başqa bir səbəb sorağınca getdi. Nəhayət iki sədd arasına yetişdi. Həmin iki dağın arxasında sanki heç bir söz anlamayan bir qövm tapdı.

  1. (Həmin qövm) dedilər: «Ey Zül-Qərneyn! Həqiqətən, Yəcuc və Məcuc (qövmləri) bu yerlərdə fəsad törədirlər. Bizimlə onlar arasında sədd yaratmağın üçün sənə bir məbləğ verəkmi?»
  2. (Zül-Qərneyn onlara cavab olaraq) dedi: «Rəbbimin mənə verdiyi (qüdrət) daha yaxşıdır. Mənə öz gücünüzlə yardım göstərin, sizinlə onlar arasında möhkəm sədd çəkim.»
  3. Mənim üçün dəmir parçaları gətirin. Elə ki, iki dağın arası (dəmir parçaları ilə) dolub bərabərləşdi, dedi: «Onu alovlananadək üfürün.» Dedi: «Ərimiş mis gətirin, dəmirlərin üzərinə töküm.»
  4. (Bu dəmir divar hazırlandıqdan sonra Yəcuc və Məcuc) onu nə adlaya, nə də dağıda bildilər.
  5. (Zül-Qərneyn) dedi: «Bu, Rəbbim tərəfindən böyük mərhəmətdir. Rəbbimin vədi yetişən vaxt onu dağıdıb hamarlayar. Rəbbimin vədi haqdır.»
  6. Həmin gün (dünyanın sonunda) dalğa tək bəziləri bəzilərinə qatışsın deyə onları boşlayarıq. Sur üfürüldüyü vaxt hamını bir yerə toplayacağıq.
  7. Həmin gün cəhənnəmi necə lazımsa kafirlərə göstərəcəyik.
  8. O kəslər ki, gözlərində Mənim zikrimdən qəflət pərdəsi vardı və (təəssüb və inadkarlıq səbəbindən) eşitmək gücündə deyildilər.
  9. Yoxsa küfr edənlər elə güman etdilər ki, Mənim yerimə bəndələrimimi himayəçi götürsünlər? Şübhəsiz, Biz cəhənnəmi kafirləri qarşılamaq üçün hazırlamışıq.
  10. De ki, sizə insanların ən ziyankarı haqqında xəbər verimmi?
  11. O kəslər ki, dünya həyatındakı səyləri puça çıxar. Halbuki yaxşı iş gördüklərini zənn edirdilər.
  12. Onlar Rəbblərinin ayələrini və Onunla (qiyamətdə) görüşü inkar edənlərdir. Belə ki, işləri puça çıxdı. Biz qiyamətdə onlar üçün mizan qurmayacağıq. (Çünki yalnız dəyərli işlərin ölçüyə ehtiyacı var.)
  13. Bu səbəbdən də onların cəzası cəhənnəmdir. Çünki onlar küfr etdilər, Mənim ayələrimi və mələklərimi məsxərəyə qoydular.
  14. Şübhəsiz, iman gətirib saleh işlər görənlər üçün Firdovs behişti qəbul yeridir.
  15. Orada əbədidirlər və yerlərini dəyişmək istəməzlər.
  16. De ki, əgər dəniz Rəbbimin kəlmələri üçün mürəkkəb olsa, Onun kəlmələri sona çatmamış dəniz sona çatar. Başqa oxşar dəniz köməyə gətirsən də!
  17. De ki, həqiqətən, mən sizin kimi bir insanam. Mənə vəhy edilir ki, sizin məbudunuz yeganə məbuddur. Rəbbinin görüşünə ümid və imanı olan kəs saleh iş görsün və kimsəni ibadətdə Rəbbinə şərik qoşmasın.