25-ci Dubay Beynəlxalq Quran Mükafatı Yarışması keçirilir

25-ci Dubay Beynəlxalq Quran Mükafatı Yarışması keçirilir

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Müxtəlif İslam ölkələrindən olan qarilərin iştirakı ilə keçirilən 25-ci Beynəlxalq Dubay Quran Mükafatı yarışı mübarək Ramazan ayının ilk günündən başlayıb və bu ayın 15-dək davam edəcək.

Dubayda 25-ci Beynəlxalq Qurani-Kərim Müsabiqəsi hər axşam saat 21:00-da Dubayın Əl-Məmzar bölgəsinin Mədəniyyət və Elm Simpozium zalında keçirilir.

Dubay Beynəlxalq Quran Mükafatı müsabiqəsinin təşkilat komitəsinin sədri İbrahim Məhəmməd Bomlehə deyib ki, bu komitə son iyirmi beş ildə bir çox Quran fəaliyyətləri və tədbirləri təqdim etmişdir.

Bu müsabiqə 69 ərəb və islam ölkəsinin vətəndaşları ilə yanaşı, BƏƏ-də yaşayan və öz ölkələrinin səlahiyyətli orqanları tərəfindən bu müsabiqədə təmsilçi kimi rəsmi təsdiq edilmiş xarici ölkə vətəndaşlarının iştirakı ilə keçirilir./iqna