40000-dən çox insan Məkkə Quran Sərgisini ziyarət edib

40000-dən çox insan Məkkə Quran Sərgisini ziyarət edib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Məkkədəki Qurani-Kərim sərgisinin rəsmiləri 12 gün ərzində sərgini 40 mindən çox insanın ziyarət etdiyini açıqlayıb.

Sərgi Səudiyyə Ərəbistanının Sərgilər və Konfranslar Baş İdarəsi tərəfindən Kral Fəhd Quran Çap Dərnəyi ilə əməkdaşlıq çərçivəsində Məkkədəki “Four Points Sheraton” otelində təşkil olunub. Səhər saat 9:00-dan 13:00-a kimi ziyarətçilər üçün açıqdır.

Ramazan ayında sərginin açılışından 12 gün sonraya qədər cəmiyyətin müxtəlif qruplarından qadın və kişilərdən ibarət 40000-dən çox insan, sərgini yaxından ziyarət edib.

Sərgi rəsmiləri ziyarətçiləri qarşılayarkən onların hər birinə Qurani-Kərim hədiyyə edirlər.