7.Əraf surəsinin tərcüməsi

7.Əraf surəsinin tərcüməsi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Əraf  surəsi

(Məkkədə nazil olmuşdur, 206 ayədir)

Rəhman və rəhim Allahın adı ilə

  1. Əlif, lam, mim, sad” (müqəttəə-rəmzli hərflər).
  2. (Bu) bir kitabdır ki, sənə nazil olmuşdur. Ona görə sinəndə (qəlbində) bir sıxıntı (şəkk-şübhə) olmasın. (Nazil olmuşdur ki,) Onun vasitəsi ilə qorxudasan və möminlər üçün xəbərdarlıq və öyüd olsun.
  3. Yalnız Rəbbimiz tərəfindən sizə nazil olana tabe olun və Ondan qeyri qəyyum–övliyaların ardınca getməyin. Nə az öyüd götürürsünüz!
  4. Nə çox əhlini (fəsad və küfrlərinə) xatir məhv etdiyimiz abadlıqlar! Qəhr-qəzəbimiz gecə, ya gündüz ikən, istirahətə məşğul olduqları vaxt onların sorağına gəldi.
  5. Qəhr-qəzəbimiz onların sorağına gələn vaxt danışıb etiraz etmədilər, yalnız “biz, şübhəsiz, sitəmkarlardan idik” dedilər.
  6. Beləliklə, Biz həqiqətən, onlara tərəf peyğəmbərlər göndərdiyimiz xalqdan sorğu-sual edəcəyik və həqiqətən və həqiqətən peyğəmbərlərdən də soruşacağıq.
  7. Şəksiz, (bütün etdiklərini) onlara elm ilə təkrarlayacağıq. Biz (xalqdan) qeybdə və xəbərsiz deyildik.
  8. O gün (qiyamət günü) ölçü haqdır. Hər kəsin əməli, işləri ağır gəlsə, onlar həmin nicat tapmışlardır.
  9. Hər kəsin ölçülmüş əməlləri yüngül gəlsə, onlar özünə ziyan vurmuş kəslərdir. Çünki (öz inkarları ilə) Bizim ayələrimizə sitəm edirdilər.
  10. Gerçəkdən, sizə yer üzündə məkan verdik və orada sizin üçün (növbənöv) yaşayış vasitələri qərarlaşdırdıq. (Amma siz) az şükür edirsiniz.
  11. Həqiqətən Biz sizi yaratdıq. Sonra sizin çöhrənizin nəqşinə məşğul olduq. Mələklərə dedik: “Adəmə səcdə qılın.” Hamı səcdə etdi. Yalnız səcdə edənlərdən olmayan İblisdən savay!
  12. (Allah İblisə) buyurdu: “Mən sənə əmr etdiyim halda səni səcdə qılmaqdan nə çəkindirdi?” (Şeytan) dedi: “Mən ondan üstünəm. Məni oddan, onu gildən yaratmısan.
  13. (Allah şeytana) buyurdu: “Oradan aşağı en. O yerdə təkəbbür göstərmək sənin işin deyil. Xaric ol. Şübhəsiz, sən xar olanlardansan.
  14. (İblis tövbə edib, üzr diləmək əvəzinə) dedi: «Xalqı ayağa qaldıracağın (qiyamət) gününədək mənə möhlət ver.»
  15. (Allah) buyurdu: “Həqiqətən, sən möhlət alanlardansan.
  16. (Şeytan) dedi: “Məni azdırdığına görə mən də (onları aldatmaq üçün) Sənin doğru yolun üstə (pusquda) oturacağam.
  17. Sonra qarşıdan və arxadan, sağdan və soldan onların üstünə cumaram. Onların çoxunu şükür edən görməyəcəksən.
  18. (Allah) buyurdu: “Bu yerdən zillət və xarlıqla xaric ol! And içirəm ki, onlardan hansı biri sənin ardınca getsə, şübhəsiz, cəhənnəmi sizlərlə dolduracağam.
  19. Ey Adəm! Sən və zövcən o (behişt sayaq) bağda sakin olun və harada istəsəniz yeyin. (Amma) bu ağaca yaxınlaşmayın ki, sitəmkarlardan olarsınız.
  20. Şeytan onlara (Adəm və onun zövcəsinə) vəsvəsə etdi ki, onlara gizli qalmış ayıblarını aşkar etsin. O dedi: “Allahınız bu ağacı sizə yalnız ona görə qadağan edib ki, iki mələk və ya əbədiyyət tapanlardan olmayasınız.
  21. (Şeytan öz vəsvəsələrinin təsirli olması üçün) onların ikisinə and içdi ki, həqiqətən, mən sizin xeyirxahınızam.
  22. Şeytan o iki nəfəri yalan və hiylə ilə süquta çəkdi. Elə ki, (qadağan olmuş) ağacdan daddılar, çılpaqlıqlarının pisliyi onlara aşkar oldu. Behişt ağaclarının yarpaqları ilə özlərini bürüdülər. Allah onlara nida etdi: “Sizə o ağacı qadağan etmədimmi, demədimmi ki, şeytan sizin üçün aşkar bir düşməndir?!
  23. (Adəm və Həvva) dedilər: “Pərvərdigara! Biz özümüzə sitəm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, şübhəsiz, ziyankarlardan olacağıq.
  24. (Allah) buyurdu: “Aşağı enin, sizin bəziniz digərinizin düşmənidir. Müəyyən müddətədək sizin üçün yer üzündə sığınacaq və bəhrələnmə vasitəsi olacaq.
  25. (O) buyurdu: “Bu yerdə yaşayar, onda ölər və ondan qiyamət sorğusu üçün çıxarılarsınız.
  26. Ey Adəm övladları! Həqiqətən, sizə libas göndərdik ki, həm (çılpaqlıq) çirkinliyinizi örtsün, həm də bəzək olsun. (Amma) təqva libası (şəksiz) daha üstündür. O, Allahın nişanələrindəndir. Bəlkə onlar öyüd götürələr.
  27. Ey Adəm övladları, məbada, şeytan sizi aldada. Necə ki, sizin ata-ananızı behiştdən çıxartdı, ayıb yerlərini göstərmək üçün hər ikisinin əynindəki libası götürdü. Həqiqətən, şeytan və onun dəstəsi sizin onları görmədiyiniz yerdən sizin görürlər. Biz şeytanları iman gətirməyənlərə dost və rəhbər qərar verdik.
  28. Əgər çirkin bir iş görsələr, (ona don geyindirərək) deyərlər ki, «biz öz atalarımızı belə gördük və Allah bizə belə göstəriş vermişdir», de ki, Allah heç vaxt çirkin işləri əmr etməz. Yoxsa, bilmədiyiniz şeyi Allaha aid edirsiniz?
  29. De ki, Rəbbim ədaləti fərman vermişdir. Hər bir məsciddə – dininizi Onun üçün xalis etmiş halda – üzünüzü Ona tutun və Onu çağırın. Sizi ilk öncə yaratdığı kimi yenə (Ona doğru) qayıdacaqsınız.
  30. (Allah bir dəstəni hidayət etdi. (Amma) digər bir dəstə azğınlığa layiqdir. Çünki onlar Allahın yerinə şeytanı özlərinə rəhbər seçdilər və elə güman edirlər ki, hidayət olunmuşlardırlar.
  31. Ey Adəm övladları! Hər bir məsciddə (namaz zamanı) öz zinətlərinizi özünüzlə götürün. Yeyin, için, amma israf etməyin. Həqiqətən, Allah israfçıları sevmir.
  32. De ki, Allahın Öz bəndələri üçün yaratdığı zinətləri və pak, xoşagələn ruziləri kim özünə haram etmişdir? De ki, bu (nemətlər) dünya həyatında möminlər üçündür. Qiyamətdə isə (bu nemətlər) xüsusidir (möminlərə məxsusdur). Biz Öz ayələrimizi bilən qövm üçün bu sayaq müfəssəl bəyan edirik.
  33. (Ey peyğəmbər) de ki, həqiqətən, Rəbbim – istər aşkar, istər gizli – çirkin işləri, günahı, sitəmi, haqsız boyun qaçırmağı, haqlı olmasına heç bir dəlil nazil olmamış bir şeyi Allaha şərik qərar verməyi, bilmədiyiniz şeyi Allaha aid etməyi haram buyurmuşdur.
  34. Hər bir ümmət üçün əcəl və son var. Onların əcəli çatdıqda onu nə bir an təxirə sala bilər, nə də qabağa qaça bilərlər.
  35. Ey Adəm övladları! Nə vaxt ayələrimi sizə oxumaq üçün özünüzdən olan peyğəmbərlər gəlsə (onlara itaət edin). Təqva və məsləhət yolunu tutanlar üçün heç bir qorxu yoxdur və onlar qəmlənməzlər.
  36. Ayələrimizi təkzib edən və təkəbbürlə ondan boyun qaçıran kəslər atəşə həmdəmdirlər və həmişə onda qalacaqlar.
  37. Allaha iftira qoşan, Onun ayələrini təkzib edən kəsdən də sitəmkarı kimdir?! Bizim elçilərimiz onların canlarını almaq üçün soraqlarına gələnədək onlar kitabdan (kitabda yazılan qədər dünyadan) bəhrələrini alacaqlar. (Elçilərimiz onlara) deyər: “Allahın yerinə çağırdıqlarınız haradadır?” Onlar deyərlər: “Hamısı gözümüzdən itib yox oldu.” Onlar öz əleyhlərinə şəhadət verərlər ki, kafirlərdən olmuşlar.
  38. Onlar ölüm məqamı küfrlərini etiraf etdikdən sonra (Allah) buyurar: Siz də sizdən əvvəlki cin və ins dəstələri arasında cəhənnəmə daxil olun. (Cəhənnəmə) daxil olan hər bir dəstə onu çəkən dəstəyə lənət oxuyar. Nəhayət, hamı birlikdə cəhənnəmdə toplanar. Həmin vaxt sonuncu dəstə əvvəlki dəstə haqqında deyər: «Pərvərdigara! Bizi azdıran onlar idi. Cəhənnəm odundan onlara ikiqat əzab ver.» (Allah) buyurar: «Hər biriniz üçün (əzab) ikiqatdır, amma bilmirsiniz.»
  39. (Əzabda) öndə gedən dəstə ardınca gələnlərə deyər: “Sizin bizdən heç bir üstünlüyünüz yoxdur, qazandıqlarınıza görə əzabı dadın.
  40. Həqiqətən, ayələrimizi yalan sayıb təkəbbürlə ondan üz döndərənlər üçün səma (rəhmət) qapıları açılmaz, behiştə daxil olmazlar. Yalnız dəvə iynənin gözündən keçsə (bu iş mümkün olar). Günahkarları bu sayaq cəzalandırarıq.
  41. Günahkarlar üçün cəhənnəmdə yataqlar, başlarının üstündə (oddan) örtüklər var. Sitəmkarları bu sayaq cəzalandırarıq.
  42. İman gətirib, layiqli işlər görənlər (əməlləri qəbul olunanlardır, çünki) kimsəni gücündən artıq vəzifələn-dirmirik. Onlar behiştlə həmdəmdir və orada əbədidirlər.
  43. Onların sinələrindəki hər növ kin-küdurəti silib atdıq (ki, səfa və səmimiyyət içində keçinsinlər). Altlarından çaylar axır və deyirlər: “Bizi buna hidayət etdiyi üçün Allaha şükür olsun. Əgər Allah bizi hidayət etməsəydi, (özbaşına) hidayət olmazdıq. Şəksiz, Rəbbimizin elçiləri bizim sorağımıza düzlüklə gəldilər.” Onlara (hidayət əldə edənlərə) xitab olunar: “Bu, öz əməllərinizə görə varisi olduğunuz həmin behiştdir.
  44. Behişt əhli cəhənnəm əhlini səsləyər ki, biz öz Rəbbimizin verdiyi vədi haqq gördük (və ona çatdıq). Sizdəmi Rəbbinizin vədini haqq gördünüz? Onlar deyərlər ki, “bəli.” Aralarında bir nida qalxar ki, Allahın lənəti olsun sitəmkarlara!
  45. (Sitəmkarlar) o kəslərdir ki, (xalqı) Allahın yolundan çəkindirirlər, (şübhəli təlqinlərlə) bu yolu əyri göstərmək istəyirlər və onlar axirəti inkar edənlərdirlər.
  46. İkisi (behişt əhli və cəhənnəm əhli) arasında bir hicab var. Ərafda (cəhənnəmlə behişt arasındakı yüksəklikdə, Allahın övliyalarından) kişilər var ki, hamını (behişt və cəhənnəm əhlini) simalarından tanıyarlar. Hələ ki, behiştə daxil olmamış, amma buna ümidvar olan behişt əhlinə nida edərlər ki, salam olsun sizə.
  47. Əgər onların (hələ behiştə daxil olmamış Əraf əhlinin) gözləri bilmədən cəhənnəm əhlinə yönəlsə deyərlər: “Pərvərdigara! Bizi zalımlarla yoldaş etmə.”
  48. Əraf səhabələri simalarından tanıdıqları kişiləri (cəhənnəm əhlini) çağırıb deyərlər: “Cəmiyyətinizin, topladıqlarınızın, daim təkəbbür göstərdiyiniz şeylərin halınıza faydası yoxdur.”
  49. (Azğın təkəbbürlülərə xitab olunar ki,) bunlar (behişt əhli) and içərək ilahi rəhmətə çatmayacağını bildirdiyiniz kəslərmidir? (İndi baxın ki, onlara deyilər): Heç bir qorxu görmədən və qəmlənmədən behiştə daxil olun.
  50. Cəhənnəm əhli behişt əhlini səsləyib deyər: “Su və ya Allahın sizə ruzi etdiyi şeydən bir az bizə verin!” (Behişt əhli) deyər: “Allah bu suyu və nemətləri kafirlərə haram etmişdir.”
  51. Dünyada öz dinlərini oyun-oyuncaq bilən, dünya həyatının məğrur etdiyi kəslər bu günlə görüşü yaddan çıxarıb ayələrimizi təkzib etdikləri kimi, Biz də bu gün onları yaddan çıxararıq.
  52. Halbuki, əslində Biz onlar üçün bir kitab gətirdik ki, iman əhlinə hidayət və rəhmət olsun deyə, onu elm əsasında müfəssəl etdik (hissə-hissə, tədriclə göndərdik).
  53. (Kafirlərin) Kitabın gerçəkləşməsindən savay bir intizarlarımı var? Kitabın (hökmlərinin) gerçəkləşəcəyi gün çatdıqda, bu günü əvvəlcədən unudanlar deyəcəklər: «Həqiqətən, Rəbbimizin elçiləri bizim üçün haqqı gətirmişdilər (amma biz qəbul etmədik). Bizə şəfaət verəsi şəfaətçilər varmı? Yoxsa, dünyaya qaytarılacağıqmı ki, görmədiyimiz işləri görək?» (Bu intizarlar faydasızdır.) Şəksiz, onlar sərmayələrini əldən vermiş və yalan olaraq düzəltdiklərini əldən çıxarmışlar.
  54. Həqiqətən, sizin Rəbbiniz göyləri və yeri altı gündə yaradan, ərşə hakim olan Allahdır. O, gündüzü sürətlə onu izləyən gecə vasitəsi ilə örtər. (O) əmrinə təslim olan günəşi, ayı və ulduzları (yaratdı). Agah olun ki, yaranış və tədbir yalnız Onundur. Aləmlərin Rəbbi olan Allah bərəkət sahibidir.
  55. Rəbbinizi yalvarışla və gizlində çağırın. Şübhəsiz, o, təcavüzkarları sevmir.
  56. Yer üzündə islahdan sonra orada fəsada əl atmayın. Allahı qorxu və ümidlə çağırın. Şübhəsiz, Allahın rəhməti yaxşı əməl sahiblərinə yaxındır.
  57. Küləkləri (yağış) rəhmətindən öncə müjdə olaraq göndərən Odur. (Külək) ağır buludları asanlıqla aparır, (onu) ölü torpaqlara doğru axıdırıq. Bu vasitə ilə su nazil etdik və onun vasitəsi ilə hər növ meyvə cücərtdik və səmərəyə çatdırdıq. Ölüləri də bu sayaq (torpaqdan) çıxaracağıq. Bəlkə siz (torpağın ölümdən sonrakı həyatını görüb) anlayasınız.
  58. Pak torpağın otu Allahın izni ilə cücərir. Amma xəbis (şoranlıq) torpaq yalnız az və faydasız məhsul verir. Biz öz ayələrimizi şükür edən qövm üçün bu sayaq çeşidli bəyan edirik.
  59. Həqiqətən, Nuhu qövmünə doğru göndərdik. O, xalqa dedi: “Ey mənim qövmüm! Allaha pərəstiş edin, Ondan savay sizin üçün məbud yoxdur. Şəksiz, mən sizin üçün böyük günün əzabından qorxuram.
  60. Onun qövmünün başçıları dedilər: “Həqiqətən, biz səni aşkar bir azğınlıqda görürük.
  61. (Nuh) dedi: “Ey mənim qövmüm! Məndə heç bir azğınlıq yoxdur. Əksinə, mən aləmlərin Rəbbi tərəfindən göndərilmişəm.
  62. Rəbbimin buyruqlarını sizə çatdırıram, sizin xeyirxahınızam və bilmədiklərinizi Allahdan (öyrənib) bilirəm.
  63. Təqva yolunu tutub Allahın mərhəmətinə çatasınız deyə, aranızdakı bir kişiyə Rəbbiniz tərəfindən xatırlatma səbəbi olan şeyin gəlməsinə təəccüblü etdiniz?
  64. Nəhayət, onu (Nuhu) təkzib etdilər. Ona və onunla gəmidə olanlara nicat verdik. Ayələrimizi təkzib edənləri qərq etdik. Çünki onlar qəlbi kor olan bir qövm idilər.
  65. Ad qövmünə qardaşları Hudu göndərdik. O dedi: “Ey mənim qövmüm! Allaha pərəstiş edin, sizin Ondan başqa məbudunuz yoxdur. Təqva yolunu seçmirsinizmi?
  66. (Hudun dəvətinə cavab olaraq) Qövmün kafir başçıları dedilər: “Həqiqətən, biz səni düşüncəsizlik içində görürük və qəti olaraq səni yalançılardan sayırıq.
  67. (Hud onların inadkarlığına cavab olaraq) buyurdu: “Ey mənim qövmüm! Məndə heç bir səfehlik və yüngül ağıl yoxdur. Mən aləmlərin Rəbbi tərəfindən göndərilmişəm.
  68. Mən Rəbbimin göstərişlərini sizə çatdırıram və sizin etibarlı xeyirxahınızam.
  69. Yoxsa sizi qorxutmaq üçün Rəbbiniz tərəfindən xəbərdarlıq olan, öz aranızdan bir kişinin gəlməsinə təəccüblü etdiniz? Xatırlayın o zamanı ki, Allah sizi Nuh qövmündən sonra onlara canişin qərar verdi, yaranışda qüvvənizi artırdı. Belə isə, Allahın nemətlərini xatırlayın. Bəlkə nicat tapasınız.
  70. (Ad qövmü həzrət Huda) dedi: “Bizə doğru gəlmisən ki, tək olan Allahamı pərəstiş edək və atalarımızın pərəstiş etdiklərini boşlayaq? Əgər doğru danışanlardansansa, bizə verdiyin vədi göstər.
  71. (Həzrət Hud Ad qövmünün inadkarlığını görüb) Dedi: “Rəbbiniz tərəfindən olan qəzəb və cəza sizin üçün qətiləşdi. Yoxsa özünüzün və babalarınızın qoyduğu adlar barədə mənimlə höcətləşirsiniz? Allah sizin məbudların haqq olması barədə dəlil nazil etməmişdir. (Allahın qəhrini) gözləyin, mən də sizinlə birgə gözləyənlərdənəm.
  72. Hud və onun yoldaşlarına Öz rəhmətimizlə nicat verdik. Ayələrimizi yalan sayan və mömin olmayan kəsləri kökündən qopardıq.
  73. Səmud qövmünə doğru qardaşları Salehi (göndərdik). O dedi: “Ey mənim qövmüm! (Yalnız) Allaha pərəstiş edin, sizin üçün Ondan savay məbud yoxdur. Həqiqətən, sizin üçün Rəbbiniz tərəfindən aşkar bir möcüzə və dəlil gəlmişdir. Bu dişi dəvə Allah tərəfindən sizin üçün bir dəlildir. Buraxın, Allahın yeri üzərində otlasın. Ona heç bir zərər vurmayın, yoxsa dərdli əzaba düçar olarsınız.
  74. Yada salın o zamanı ki, Allah sizi Ad qövmündən sonra canişin etdi və yer üzündə sizə sığınacaq verdi ki, yer üzünün hamar hissələrində qəsrlər uzada ev tikmək üçün dağları yona bilsinlər. Belə isə, Allahın lütf və nemətlərini yada salın, yer üzündə fəsad törətməyin.
  75. Saleh qövmünün təkəbbürlü başçıları iman gətirmiş müstəzəflərə (zəif şəxslərə) dedilər: “Bilirsinizmi ki, Saleh Rəbbiniz tərəfindən göndərilmişdir? (Möminlər onların şübhə doğuran sözlərinin cavabında) Dedilər: “Biz ona göndərilənə iman gətirmişik.
  76. Təkəbbür göstərən kəslər dedilər: “Həqiqətən, biz sizin iman gətirdiyinizi inkar edirik.
  77. Beləcə, (təkəbbürlü azğınlar) dəvəni kəsib Rəblərinin göstərişindən boyun qaçırdılar və dedilər: “Ey Saleh, əgər səni Allah göndərmişsə, vəd etdiyin əzabı bizim üçün gətir.”
  78. Qəfildən şiddətli zəlzələ onları yaxaladı. Evlərində üzü üstə yıxılmış halda gecəni sübh etdilər (həlak oldular).
  79. Belə ki, (Saleh) onlardan üz döndərdi və dedi: “Ey mənim qövmüm! Həqiqətən, Rəbbimin buyruğunu sizə çatdırdım, sizə xeyirxahlıq etdim. Amma siz can yandıranları və xeyirxahları sevmirsiniz.
  80. (Yada sal) Lutun öz qövmünə belə dediyi vaxtı: “Siz elə bir çirkin iş görürsünüz ki, dünyadakıların heç biri sizdən qabaq bu işi görməyib.
  81. Həqiqətən, siz şəhvət üçün qadın əvəzinə kişiləri soraqlayırsınız. Siz israfçı qövmsünüz.
  82. Onların Luta cavabı yalnız bu oldu: “Onları öz şəhərinizdən çıxarın, çünki onlar paklıq axtaran insanlardır.
  83. Biz (əzabdan) kənarda qalmış Lut və onun ailəsinə – arvadı istisna olmaqla – nicat verdik.
  84. Biz onların üzərinə (daşdan) yağış yağdırdıq. Bax gör, günahkarların aqibəti necə oldu?
  85. Mədyənə doğru qardaşları Şüeybi (göndərdik). O dedi: “Ey mənim qövmüm! Yalnız Allaha pərəstiş edin, Ondan savay məbudunuz yoxdur. Həqiqətən, Rəbbiniz tərəfindən sizin üçün aşkar dəlil gəlmişdir. (Alış-verişdə) ölçünü, çəkini tam əda edin. Xalqın malını əskiltməyin. Yer üzündə islahdan sonra fəsad törətməyin. Əgər mömin olsanız, bu (öyüdlər) sizin üçün daha üstündür.
  86. Möminləri hədələmək və (onları) əyri göstərdiyiniz Allah yolundan çəkindirmək üçün hər yol üstə oturmayın. Yada salın o zamanı ki, az olduğunuz halda Allah sizi çoxaltdı. Baxın görün fəsad əhlinin aqibəti necə oldu!
  87. Əgər sizlərdən bir dəstə mənim göndərilməyimə səbəb olan şeyə iman gətirib, digər bir dəstə iman gətirməmişsə, səbir edin ki, Allah aramızda hakimlik etsin. O ən üstün hakimdir.
  88. Şüeyb qövmünün təkəbbürlü başçıları dedilər: “Ey Şüeyb, əgər ayinlərimizə dönməsəniz, səni və səninlə iman gətirənləri şəhərimizdən çıxaracağıq.” (Şüeyb) dedi: “Rəğbətsiz də olsaq belə?
  89. (Şüeyb müxaliflərə dedi) Əgər Allah bizə sizin ayinlərinizdən nicat verdikdən sonra yenidən ona qayıtsaq, şübhəsiz, Allaha iftira etmiş olarıq. Bizə yaraşmaz ki, sizin ayinlərə qayıdaq. Yalnız Rəbbimiz olan Allah istəsə! (Allah isə heç vaxt belə istəməz.) Bizim Rəbbimizin elmi hər şeyi əhatə edir. Biz Allaha təvəkkül etmişik. Pərvərdigara! Bizimlə qövmümüz arasında haqq əsasında mühakimə et və bizə bir yol aç. Sən hakimlərin və yol açanların ən üstünüsən.
  90. Şüeybinqövmündənolankafirlərdedilər: Əgəronaitaətetsəniz, hökmənziyankarolacaqsınız.
  91. Belə ki, şiddətli bir zəlzələ onları bürüdü, evlərində dizi üstə düşmüş (ölmüş) halda gecəni sübh etdilər.
  92. Şüeybi təkzib edənlər (aradan elə götürüldülər ki,) sanki həmin evlərdə sakin olmamışdılar. Şüeybi təkzib edənlər ziyankarlar idilər.
  93. Şüeyb onlardan üz döndərdi və dedi: Ey mənim qövmüm! Rəbbimin buyruqlarını sizə çatdırdım, sizə xeyirxahlıq etdim. Axı kafir qövm üçün necə təəssüf edim?
  94. Bir yerin əhlini çətinlik və bəlaya salmamış oraya peyğəmbər göndərmədik. Bəlkə yalvarıb, yaxaralar.
  95. Sonra çətinliyin yerinə xoşluq qərar verdik. Beləcə, onlar artıb toplum oldular və dedilər: «Çətinlik və firavanlıq atalarımızın da qarşısına çıxmışdı. (Yəni, acı hadisə qəzəb, şirin hadisə isə lütf nişanəsi deyil.)» Onları qəfildən dərk etmədikləri halda (qəzəbimizlə) yaxaladıq.
  96. Əgər şəhər və vilayətlərin əhli iman gətirib təqva yolunu seçsəydi, şübhəsiz, göyün və yerin bərəkət qapılarını onların üzünə açardıq. Amma onlar (ayələrimizi) təkzib etdilər. Biz də onları əməllərinə görə (əzabımızla) yaxaladıq.
  97. Məmləkətlərin əhli əmindirlərmi ki, axşamlar yatdıqları vaxt qəhr və əzabımız onlara çatmayacaq?
  98. Yoxsa, məmləkətlərin əhli əmindirlər ki, gündüz başlarını əyləncəyə qatdıqları vaxt qəhr və əzabımız onlara yetişməyəcək?
  99. Yoxsa, Allahınməkrindən (onlaraqarşıqurğusundan) amandaqaldılar? HalbukiziyankarqövmdənsavaykimsəözünüAllahınməkrindənamandabilmir.
  100. (Keçmişdəkilərinbaşınagələnlər) sonrakıvarislərüçünbuhəqiqətiişıqlandırmadımıki, əgəristəsək, onlarıdagünahlarınagörəhəlakedərik, (haqqı) eşitməmələriüçünqəlblərinəmöhürvurarıq?!
  101. Xəbərlərindən bir qismini sənə çatdırdığımız həmin məmləkətlərdir. Həqiqətən, peyğəmbərlər onların sorağına aşkar möcüzə və dəlillərlə gəldi. Amma onlar əvvəllər təkzib etdiklərinə iman gətirmək fikrində deyildilər. Allah kafirlərin qəlbini bu sayaq möhürləyir.
  102. Onlarınçoxundaəhdəvəfagörmədik. Həqiqətən, onlarınəksəriyyətinigünahkarvəitaətsizgördük.
  103. Əvvəlki peyğəmbərlərdən sonra Musanı Öz ayə və möcüzələrimizlə Firon və onun başçılarına məbus etdik. Amma onlar ayələrimizə sitəm etdilər. Bax gör həddi aşanların işinin sonu necədir?!
  104. Musa dedi: “Ey Firon! Şübhəsiz, mən aləmlərin Rəbbi tərəfindən göndərilmişəm.
  105. Allah haqqında yalnız haqq söz deməyimə yer var. Həqiqətən, mən Rəbbim tərəfindən sizin üçün aşkar dəlil gətirmişəm. Belə isə Bəni-İsraili mənimlə birlikdə göndər.
  106. (Firon) dedi: Əgərdoğrudanışanlardansansavəmöcüzəgətirmisənsə, onuortayaçıxar.
  107. (Musa) özəsasınıatdı, (əsa) qəfildənəjdahaşəklindəgöründü.
  108. (Musa) özəlini (qoynundan) çıxardı. Qəfildəno (əl), baxanlaraağvəparlaqgöründü.
  109. Firon qövmünün əyan-əşrafı dedi: “Həqiqətən, o (Musa) çox mahir və bilikli sahirdir,(sehrbazdır).
  110. (Onlardedilər: Musa) siziözyurd-yuvanızdançıxarıbavaraqoymaqistəyir. Bununlabağlıgöstərişiniznədir?
  111. (Firontərəfdarları) dedilər: Onuvəqardaşını (cəzalandırmağı) təxirəsalvə(sehrbazları) toplamaqüçünməmurlarışəhərlərəgöndər.
  112. Hər bilikli və iş bacaran sahiri (sehr əhlini) sənin yanına gətirsinlər.
  113. Sahirlər Fironun yanına gəlib dedilər: “Əgər qalib gəlsək, bizim üçün mükafat varmı?
  114. (Firon) dedi: “Bəli! Sizmənəyaxınlardanolacaqsınız.
  115. (Cadugərlər) dedilər: “EyMusa! Sən (sehrvasitəni) əvvəlatırsan, yoxsabizataq?
  116. (MusaAllahınyardımınaümidedərək) Dedi: “(Əvvəlcəsiz) atın. Eləki, (caduvasitələrini) ortayaatdılar, xalqıngözünüovsunlayıbonlardaqorxuvədəhşətyaratdılar. Onlarböyükbirsehrgöstərdilər.
  117. Musaya vəhy etdik ki, əsanı at. (Əsa atılan kimi əjdahaya döndü,) qəfildən sahirlərin uydurma cadularını uddu.
  118. Beləcə, haqq aşkar oldu (Musanın peyğəmbərliyi təsdiqləndi). (Sahirlərin) gördüyü işlər batil və hədər oldu.
  119. Belə ki, (sahirlər və Firon tərəfdarları) həmin yerdəcə məğlub, xar oldular.
  120. Cadugərlər səcdəyə düşdülər.

121-122. (Sahirlər) dedilər: “Aləmlərin Rəbbinə iman gətirdik, həmin Musa və Harunun Rəbbinə!

  1. Firon (sahirlərə) dedi: Mən sizə icazə verməmiş ona imanmı gətirdiniz? Şübhəsiz, bu, əhlini bayıra çıxarmaq üçün şəhər haqqında düşündüyünüz bir hiylədir. Tezliklə anlayacaqsınız! (Biləcəksiniz ki, kiminlə qarşı-qarşıya dayanmısınız və cəzanız nə olacaq.)
  2. Şübhəsiz, əl və ayağınızı çarpaz vəziyyətdə (biri sağdan, biri soldan) kəsəcəyəm. Sonra hamınızı dara çəkəcəyəm.
  3. (Sahirlər Fironun cavabında) dedilər: “(İstədiyini et,) həqiqətən, biz öz Rəbbimizə doğru qayıdırıq.
  4. (Ey Firon,) sən bizdən yalnız ona görə intiqam alırsan ki, Rəbbimizin bizim üçün gəlmiş ayələrinə iman gətirmişik. Pərvərdigara! Bizə səbir və dözüm ver, bizi müsəlman, təslim olmuş halda öldür.
  5. Firon qövmünün əyanları (ona) dedilər: «Yoxsa Musa və onun qövmünü öz başına buraxırsan ki, yer üzündə fəsad törətsinlər və Musa səninlə Allahlarını boşlasın?!» (Firon) dedi: «Tezliklə oğlanlarını öldürüb, qadınlarını saxlayacağam. Biz onlara tam qalibik.»
  6. Musa öz qövmünə dedi: “Allahdan yardım diləyin, səbir və müqavimət yolunu seçin. Çünki yer o Allahındır ki, onu istədiyi bəndəsinə irs qoyar. (Xoş) aqibət pəhrizkarlara məxsusdur.
  7. (Musanın qövmü) dedi: “Həm sən gəlməmişdən, həm də sən gələndən sonra əziyyətdə olduq. (Bəs nə etməli?) Musa dedi: “Ümid var ki, Rəbbiniz sizin düşməninizi məhv etsin, sizi bu yerdə onlara canişin qərar versin və görsün ki, necə əməl edirsiniz.
  8. Həqiqətən, Biz Firon tərəfdarlarını qəhətliyə, quraqlığa və məhsul qıtlığına düçar etdik. Bəlkə yada salalar.
  9. Nə vaxt soraqlarına yaxşılıq və xoşluq gəlirdisə, deyirdilər: «Bu (ləyaqətimizə görə) bizim haqqımızdır.» Amma bir çətinlik və pislik gördükdə Musa və onun ardıcıllarından bədgüman olurdular. Bilin ki, onların çətinlikləri Allahdandır (onların pis rəftarlarına görə cəzalandıran Allahdır.) Amma onların əksəri bilmir.
  10. (Fironçular Musaya) dedilər: «Bizi cadu etmək üçün hər hansı ayə və möcüzə gətirsən də, sənə iman gətirmərik.»
  11. Biz onlara tufanı, çəyirtkəni, kiçik heyvanları, qurbağaları, qanı ayrı-ayrı nişanələr şəklində göndərdik. Amma yenə təkəbbür göstərdilər. Onlar günahkar bir qövm idilər.
  12. Onlara bəla və bədbəxtlik gəldikdə (Musanın yanına gəlib) dedilər: “Ey Musa, sənə əhdinə (duanı qəbul edəcəyinə) xatir Rəbbinə bizim üçün dua et. Əgər bu bəlanı üstümüzdən götürsə, hökmən, sənə iman gətirərik və Bəni-İsraili (azad edib) səninlə yola salarıq.
  13. (Həzrət Musanın duasına görə,) elə ki, bədbəxtliyi bir müddət onların üzərindən götürdük, yenə öz əhdlərini pozdular.
  14. Nəhayət, onlardan intiqam alıb dənizdə qərq etdik. Çünki ayələrimizi təkzib etdilər və ondan qafil oldular.
  15. Məmləkətin (Fələstinin) bərəkətli qərar verdiyimiz şərq və qərb hissələrini daim zəiflədilən bir qövmə miras etdik. Rəbbinin yaxşı vədi səbirlərinə görə Bəni-İsrail haqqında gerçəkləşdi. Firon və onun qövmünün düzəldib ucaltdığını viran qoyduq.
  16. Bəni-İsraili dəryadan keçirdik, onlar öz bütlərinə bağlı bir qövmlə rastlaşdılar. (Bu səhnəni görüb) dedilər: Ey Musa! Bizim üçün bunların məbudları kimi məbud düzəlt.” Musa dedi: “Doğrudan da siz nadan bir qövmsünüz.”
  17. (Musa dedi:) «Həqiqətən, bu qövmün tapındığı şey puç olasıdır. Onların gördüyü işlər batildir.»
  18. Dedi: «Sizə Allahdan başqa bir məbudmu axtarım? Hansı ki, sizə bu dövrün xalqından üstünlük verən Odur!»
  19. (Xatırlayın) sizi fironçuların caynağından qurtardığımız zaman sizə ağır işkəncə verirdilər, oğlanlarınızı öldürür, qadınlarınızı (xidmətçilik və qulluq üçün) diri saxlayırdılar. Həmin çətinliklərdə sizin üçün Rəbbiniz tərəfindən böyük bir sınaq vardı.
  20. Biz Musa ilə (Tur dağında Tövratın nazil olması üçün) otuz gecəlik vədələşdik və onu on gecə ilə (artırmaqla) tamamladıq. Beləcə, onun Rəbbinin vəd müddəti tam qırx gecə oldu. Musa (vəd olunan yerə getməmişdən) qardaşı Haruna dedi: “Ümmətim arasında mənim canişinim ol, (xalqın işlərini) islah et və fəsad əhlinin yoluna tabe olma!
  21. Musa Bizimlə vədələşdiyi yerə gəldikdə və Rəbbi onunla danışdıqda dedi: «Pərvərdigara Özünü mənə göstər, Sənə baxım!» (Allah-təala) buyurdu: «Məni heç vaxt görməyəcəksən. Amma bu dağa bax. Əgər o öz yerində dayana bilsə, tezliklə Məni görəcəksən.» Elə ki, Musanın Rəbbi dağa təcəlla etdi (Öz əzəmətindən dağa göstərdi), dağ parçalandı və Musa huşunu itirib yerə yıxıldı. Huşu başına qayıtdıqda dedi: «Sən (gözə görünməkdən) paksan. Mən Sənə tərəf qayıtdım və ilk möminəm.»
  22. (Allah) Buyurdu: «Ey Musa, Mən səni Öz bildirişlərim və sözlərimlə xalq üçün seçdim. (Lövhələr və Tövratdan) sənə verdiyimi al və şükür edənlərdən ol.»
  23. Biz lövhələrdə Musa üçün hər şey haqqında öyüd və hər şeyi ətraflı şəkildə yazdıq. (Ey Musa!) Onları möhkəm tut və qövmünə onların ən yaxşısını götürməyi əmr et. Tezliklə həddi aşanların yerini sizə göstərərəm.
  24. Yer üzündə haqsız təkəbbür göstərənləri tezliklə ayələrimdən (iman gətirməkdən) yayındıraram. (Belə ki, qüdrətimizdən) hər hansı nişanə görsələr, iman gətirməzlər, təkamül yolu gördükdə onu seçməzlər, azğınlıq yolu gördükdə onu özlərinə yol götürərlər. Bunun səbəbi odur ki, onlar ayələrimizi təkzib etdilər, daim ondan qafil qaldılar.
  25. Ayələrimizi və qiyamət görüşünü təkzib edən kəslərin əməlləri puçdur. Məgər əməllərinə görə cəzalandırılmayacaqlarmı?
  26. Musanın qövmü ondan (o, Tur dağına getdikdən) sonra öz bəzək-düzək şeylərindən inək səsi çıxaran bir buzov mücəssəməsi düzəltdi. Məgər görmürdülərmi ki, o (buzov) onlarla danışmır, onları bir yola yönəltmir? Ondan yapışmaqla (pərəstiş etməklə) sitəmkar oldular.
  27. Elə ki, (buzovpərəstliyin dəyəri) yanlarındaca süqut etdi və həqiqətən, azdıqlarını gördülər, belə dedilər: «Əlbəttə, əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, ziyankarlardan olacağıq.»
  28. Elə ki, Musa (Tur dağından) qövmünə tərəf qayıtdı (və onların buzova pərəstiş etdiyini gördü), qəzəb və təəssüflə dedi: «Məndən sonra mənim üçün pis canişinlər oldunuz. Yoxsa, Allahın göstərişindən önə keçirsiniz?» Həmin vaxt (lövhələri) Tövratı atdı və (qəzəbindən) qardaşının başından tutub özünə tərəf çəkdi. (Harun) dedi: «Ey anam oğlu, həqiqət budur ki, bu qövm məni zəifliyə düçar etdi və az qaldı ki, öldürə. Mənimlə elə rəftar etmə ki, düşmənlər lağa qoysunlar. Məni sitəmkarlardan bilmə.»
  29. (Musanın qəzəbi soyuduqdan sonra) dedi: «Pərvərdigara! Məni və qardaşımı bağışla, bizi Öz rəhmətinə daxil et. Sən mehribanların ən mehribanısan.»
  30. Həqiqətən, buzova tapınanlara tezliklə Rəbbləri tərəfindən qəzəb və dünya həyatında xarlıq yetişəcək. Uydurmaçıları bu sayaq cəzalandırırıq.
  31. Pis işlərə və günaha yol verib, sonra tövbə etmiş və iman gətirmiş kəslər həmin tövbədən sonra (bağışlanar). Şübhəsiz, sənin Rəbbin bağışlayan və mehribandır.
  32. Musanın qəzəbi soyuduqdan sonra lövhələri (yerdən) götürdü. Onun yazılarında Rəbbindən qorxanlar üçün hidayət və rəhmət var idi.
  33. Musa Bizimlə görüş yeri üçün öz qövmündən yetmiş kişi seçdi. (Allahı görmək istəyinin ardınca) Zəlzələ onları ağuşuna aldığı vaxt (Musa) dedi: “Pərvərdigara! Əgər istəsəydin, onları və məni bundan (Tura gəlməzdən) qabaq öldürə bilərdin. Bizi düşüncəsizlərimizin işlərinə görə həlakmı edirsən? Bu səhnə Sənin tərəfindən yalnız bir sınaqdır ki, onunla istədiyini azdırır, istədiyini hidayət edirsən. Sən bizim rəhbərimiz və himayəçimizsən. Beləsə, bizi bağışla, bizə rəhm et. Sən bağışlayanların ən üstünüsən.”
  34. (Pərvərdigara) biz Sənə doğru üz tutub qayıtmışıq, bizim üçün dünya və axirətdə xeyir yaz.” (Allah-təala) buyurdu: “Əzabımı istədiyim kəsə (layiq olsa) çatdıraram. Rəhmətim isə hər şeyi əhatə etmişdir. Tezliklə onu (rəhmətimi) təqvalı, zəkat verən və ayələrimizə iman gətirən kəslər üçün yazaram.
  35. (İlahi rəhmət o kəslərə aiddir ki, iman, zəkat və təqvadan əlavə) Tövrat və İncillərində (adı və nişanələri) yazılmış, dərs oxumamış rəsul və peyğəmbərə itaət edərlər. (Elə bir peyğəmbər ki,) onlara yaxşılığı əmr edər, çirkin işlərdən çəkindirər, pak və bəyənilmiş şeyləri onlara halal, çirkinlikləri haram edər, onların üzərindən ağır yükü (çətin vəzifələri), buxovlarını götürər (onları azad edər). Ona iman gətirən, onu əzizləyən, ona yardım göstərən və onunla gəlmiş nura (Qurana) itaət edən kəslər həmin nicat tapmışlardır.
  36. De ki, ey xalq, həqiqətən, mən Allah tərəfindən sizin hamınıza doğru göndərilmişəm (Onun rəsuluyam). Göylərin və yerin hökuməti Onundur, Ondan savay heç bir məbud yoxdur. Dirildir, öldürür. Allaha, Onun rəsuluna və Onun sözünə iman gətirmiş olan oxumamış peyğəmbərinə iman gətirin. Ona itaət edin. Ola bilsin ki, doğru yolu tapasınız.
  37. Musa qövmündən bir dəstəsi xalqa haqqı göstərir və haqq olaraq mühakimə aparırdılar.
  38. Onları (Musa qövmünü) on iki dəstəyə böldük. Hər biri Bəni-İsrail sülaləsindən bir şaxə və ümmətdir. Qövmü Musadan su istədikdə ona vəhy etdik ki, əsasını daşa vursun. Daşdan on iki çeşmə qaynadı. Hər dəstə su içəcəyi yeri yaxşı tanıdı. Buludları onların üzərində (kölgə salmaq üçün ) günlük etdik. Onlara “mənn” və “səlva” (iki növ qida) nazil etdik. (Onlara dedik:) Sizə ruzi etdiyimiz pak şeylərdən yeyin. Onlar (öz naşükürlükləri ilə) Bizə yox, özlərinə zülm etdilər.
  39. (Xatırlayın) o zaman ki, onlara (Bəni-İsrailə) deyildi: “Bu şəhərdə (Beytül-Müqəddəsdə) sakin olun və ondan (onun nemətlərindən) istədiyiniz yerdə, istədiyiniz kimi yeyin. (Öz bəhanəçilliyiniz və Musaya verdiyiniz əziyyətə görə tövbə olaraq) deyin: “Hittə” (Pərvərdigara! Günahlarımızdan keç!) Qapıdan səcdə etmiş halda daxil olun ki, xətalarınızı bağışlayaq. Biz tezliklə yaxşı əməl sahibləri üçün (mükafatı) artırarıq.”
  40. Onların (Bəni-İsrailin) sitəmkarları deyilən sözü başqa sözlə dəyişdilər. Biz də sitəm yolunu seçdikləri üçün onlara səmadan əzab göndərdik.
  41. (Ey peyğəmbər,) onlardan dərya kənarındakı abadlıq haqqında soruş! O zaman ki, şənbə günü təcavüzə yol verdilər. Tətil günündə balıqlar dərya kənarına – onların yanına gəlir, tətil olmayan gün isə aşkar olmurdular. Biz onları həddi aşdıqları üçün bu sayaq sınağa çəkirdik.
  42. (Xatırlayın) o zaman ki, onlardan bir qrupu (nəhy əz münkər edən digər bir qrupa) dedi: “Nə üçün siz Allahın həlak etdiyi və ya çətin bir əzabla cəzalandırdığı qövmə moizə edirsiniz?” Dedilər: “Rəblərinin yanında üzrləri olsun deyə. Ola bilsin ki, onlar da təqva yolunu seçələr.”
  43. Onlara verilmiş öyüdü unutduqlarından (onları) pislikdən çəkindirənlərə nicat verdik. Sitəmkarları daimi itətsizliklərinin cəzası olaraq ağır əzabla yaxaladıq.
  44. Qadağan olunmuş şeydə həddi aşdıqlarından onlara dedik: “Rədd olunmuş meymunlar şəklinə düşün.
  45. (Xatırla,) o zaman ki, Rəbbin elan etdi: “Həqiqətən, qiyamət gününədək onlara (Bəni-İsrailə) elə birisini hakim edəcəyəm ki, daim onlara ağır əzab versin. Həqiqətən, Rəbbin tez cəzalandırar. Şəkk yoxdur ki, O, bağışlayan və mehribandır.”
  46. Biz onları (Bəni-İsraili) yer üzündə pərakəndə ümmətlər və dəstələr etdik. Onların bəzisi saleh, bəzisi qeyri-salehdir. Onları yaxşılıq və pisliklə sınağa çəkdik ki, bəlkə qayıdalar.
  47. Onlardan sonra yerlərinə elə qeyri-saleh övladlar canişin oldu ki, irs olaraq səmavi kitab aldılar (amma onun qədrini bilmədilər). Onlar dünyanın davamsız matahından yapışır, (ilahi qanunları boşlayıb) deyirdilər: “Tezliklə bağışlanacağıq.” Əgər növbəti dəfə həmin maddi mənafe ortaya çıxsaydı, yenə ondan yapışardılar (ilahi qanunlara arxa çevirərdilər). Məgər onlardan səmavi kitablarda əhd alınmamışdımı ki, Allaha haqdan başqa bir şey aid etməsinlər? Həmin kitab və əhdin mətləblərini dəfələrlə oxusalar da, (əməldə dünyapərəst idilər). Bir halda ki, təqva əhli üçün axirət evi daha üstündür. Məgər düşünmürsünüz?
  48. (Səmavi) kitabdan yapışan, namazı bərpa edən kəslər (bilsinlər ki,) Biz, şübhəsiz, islah edənlərin mükafatını puç etməyəcəyik.
  49. (Xatırla,) o zaman ki, dağı yerindən qoparıb, başlarının üzərində (kölgə salan) günlük kimi qərar verdik. Güman etdilər ki, o, başlarına düşəcək. (Bu halda onlara dedik:) Sizə verdiyimizi qüvvətlə, möhkəm tutun və onda olanı yad edin (əməl edin). Bəlkə, təqva əhli olasınız.
  50. (Xatırla,) o zaman ki, Rəbbin Bəni-Adəmdən onların övlad və nəsillərini yaratdı və onları özünə şahid etdi. (Sonra buyurdu:) “Mən sizin Rəbbiniz deyiləmmi?” Dedilər: “Bəli, biz şahid durduq ki, Sən bizim Rəbbimizsən.” (Bu etiraf Adəm nəslindən ona görə alınırdı ki,) Qiyamət “günü biz bundan xəbərsiz idik” deməsinlər.
  51. Ya deməyin ki, atalarımız bizdən öncə müşrik idilər və biz də onlardan sonrakı övladlar idik (onların yolunu davam etdirməyə məcbur olduq), yoxsa bizi batil əhlinin əməllərinə görə cəzalandırır, həlakmı edirsən?
  52. Və Biz bu sayaq Öz ayələrimizi aydın bəyan edirik. (Bilələr ki, tövhid nuru öncədən batinlərində olmuşdur.) Ola bilsin ki, onlar (Allaha doğru pak tövhid fitrətinə doğru) qayıdalar.
  53. Onlara ayələrimiz verdiyimiz kəsin (Bələm Baura) əhvalatını oxu. O (naşükürlüklə) özünü ayələrdən uzaqlaşdırdı. Şeytan onu öz ardınca çəkdi, axır ki, azğınlardan oldu.
  54. Əgər istəsəydik, onu ayələrimiz vasitəsi ilə ucaldardıq. Amma o, yerə yapışdı və nəfsinə tabe oldu. Onun məsəli itin məsəli kimidir – ona hücum etsən, ağzını açıb hürər, dilini bayıra çıxarar, ondan əl çəksən, yenə belə edər. (Dünyapərəstlərin ağzı həmişə açıqdır.) Bu, ayələrimizi təkzib edən kəslərin məsəlidir. Bu əhvalatı (onlar üçün) danış. Ola bilsin ki, düşünələr.
  55. Ayələrimizi təkzib edənlər üçün necə də pis misal var. Onlar yalnız özlərinə sitəm edirdilər.
  56. Allah kimi hidayət etsə, yalnız odur hidayət əldə edən və hər kəsi azdırsa, onlar həmin ziyankarlardır.
  57. Həqiqətən, cin və insanların çoxunu cəhənnəm üçün yaratdıq. (Getdikləri yol oraya sonuclanar, çünki) onların dərk etməyən qəlbləri, görməyən gözləri, eşitməyən qulaqları var. Onlar dördayaqlı kimi, bəlkə daha azğındırlar. Onlar həmin qafillərdir.
  58. Ən gözəl adlar Allah üçündür. Allahı onlarla (bu adlarla) çağırın. Allahın adları barədə höcətləşənləri (savaşa qalxanları və Allahın adlarını Ondan qeyrilərinə verənləri) boşlayın. Onlar tezliklə etdiklərinin cəzasına çatacaqlar.
  59. Yaratdıqlarımızdan bir dəstəsi (başqalarını) haqqa çağırır və haqq olaraq hökm edir.
  60. Ayələrimizi təkzib edənləri tədricən bilmədikləri tərəfdən düçar edəcəyik.
  61. Onlara möhlət verərəm. Həqiqətən, Mənim tədbirim möhkəmdir. (Kimsədə qaçmaq qüdrəti yoxdur.)
  62. Onlar düşünmürlərmi ki, yanlarındakının (İslam Peyğəmbərinin (s)) heç bir cünunluğu yoxdur?! O yalnız aşkar xəbərdarlıq edəndir.
  63. Yoxsa onlar göylərin və yerin mülkünə, Allah tərəfindən bütün yaradılmışlara diqqətlə baxmırlar? (Bilələr ki, bütün mövcudlar məqsədli yaradılıb.) Bəlkə onların (ölüm) vaxtı yaxınlaşmışdır? (Aşkar ayələrdən) sonra hansı sözə iman gətirəcəklər?
  64. Hər kəsi Allah (günah və əməlinə görə) azdırsa, onu doğru yola gətirə bilən kimsə tapılmaz. (Allah-təala) onları öz azğınlıq və tüğyanlarında boşlayar ki, avara qalsınlar.
  65. Səndən Qiyamətin nə vaxt bərpa olacağı haqqında soruşurlar. De ki, həmin elm yalnız Rəbbimə məxsusdur. Ondan başqa heç kim həmin vaxtı aşkarlaya bilməz. (Qiyamətin yetişməsi) səmalarda və yerdə ağırdır. O yalnız qəfildən qopar. Səndən elə soruşurlar ki, sanki onun vaxtından tam xəbərdardırlar! De ki, bu yalnız Rəbbimə məlumdur, amma xalqın çoxu bilməz.
  66. De ki, Allahın istədiyindən savay heç bir xeyir və ziyana malik deyiləm. (Allahın bildirdiyindən savay, qeyblə bağlı bir şey bilmirəm.) Əgər qeybi bilsəydim, özüm üçün bir çox xeyirlər əldə edərdim və heç vaxt mənə zərər dəyməzdi. Mən iman gətirən qövmə yalnız xəbərdarlıq edən və müjdə verənəm.
  67. Sizi bir candan (nəfsdən) yaradan Allah Odur. Zövcəsini özündən (onun növündən) qərar verdi ki, onunla aramlıq tapsın. Elə ki onunla yaxınlıq etdi, yüngül bir yüklə yükləndi. (hamilə oldu). (Bir müddət) onunla dolandı. Qadın ağırlaşdığı vaxt onlar ikisi (ərlə arvad) Allahdan – öz Rəblərindən istədilər: “Əgər bizə ləyaqətli bir övlad versən, hökmən şükür edənlərdən olarıq.”
  68. Elə ki, o iki nəfərə saleh bir övlad verildi, onlar əta olunmuş şeydə Allaha şərik qərar verdilər. Amma Allah Ona şərik qərar veriləndən üstündür.
  69. Yoxsa Allaha o şeyləri şərik qərar verirlər ki, bir şey yaratmamış və özləri yaranmışlar?!
  70. (Bu məbudların) onlara yardım gücü yoxdur. Onlar hətta özlərini də müdafiə edə bilmirlər.
  71. Əgər onları hidayətə çağırsanız, sizə tabe olmazlar. Onları dəvət etmək və ya sakit qalmaq sizin üçün birdir!
  72. Həqiqətən, Allah əvəzinə çağırdığınız kəslər sizin özünüz kimi bəndələrdir. Əgər doğru deyirsinizsə, onları çağırın, sizə cavab versinlər.
  73. Məgər onların (məbudların) ayaqları varmı ki, yol gedələr? Yoxsa qüdrətlərini göstərmək üçün əlləri var? Ya görmək üçün gözləri, eşitmək üçün qulaqları var? (Ey Peyğəmbər,) de ki, öz (uydurma) şəriklərinizi çağırın, mənə qarşı plan cızın və heç bir möhlət verməyin! (Bu yolla biləsiniz ki, onların əlindən heç bir iş gəlmir.)
  74. Həqiqətən, mənim mövlam, himayəçim bu səmavi kitabı nazil etmiş və bütün salehlərə himayə göstərən Allahdır.
  75. Allahın yerinə çağırdığınız kəslər (bütlər) nə sizə, nə də özlərinə yardım göstərə bilər.
  76. Əgər onları hidayətə çağırsan, eşitməzlər və görərsən ki, sənə baxırlar. Halbuki onlar görmürlər (onların baxışında heç bir şüur və diqqət yoxdur).
  77. Sən əfv, miyanəçilik yolunu tut (xalqın üzrünü qəbul et, onları çətinliyə salma), ağıl bəyənən yaxşı işləri əmr et və cahillərdən üz döndər.
  78. Əgər şeytan tərəfindən zərrəcə vəsvəsə, təhrik və pis niyyətə məruz qalsan, Allaha pənah apar. Şübhəsiz, O, eşidən və biləndir.
  79. Həqiqətən, təqva yolunu seçən kəslərə şeytan yaxınlaşdıqda, onlar diqqət yetirirlər (Allahı yad edirlər). Beləcə, görən olurlar.
  80. (Şeytansifət, azğın) qardaşları onları azğınlığa çəkir, tutub saxlayır və (bu işdə) heç bir səhlənkarlıq göstərmirlər.
  81. Əgər onlara bir ayə gətirməsən deyərlər: “Nə üçün bir ayə çıxarmırsan?” De ki, mən yalnız mənə Rəbbim tərəfindən vəhy olunana itaət edirəm. Bu (Quran) Rəbbiniz tərəfindən bir bəsirətdir və iman gətirənlər üçün hidayət və rəhmət qaynağıdır.
  82. Quran oxunduğu vaxt onu dinləyin və sakit olun. Ola bilsin ki, sizə rəhm edilə.
  83. Rəbbini qorxu və yalvarışla, qəlbində ahəstə və aram, hər sübh və şam yad et və qafillərdən olma.
  84. Həqiqətən, Rəblərinin dərgahına yaxın olanlar Onun pərəstişindən boyun qaçırmırlar. Ona təsbih deyir, Ona səcdə edirlər.