80 yaşlı nənə Quranı hifz etmək istəyir

80 yaşlı nənə Quranı hifz etmək istəyir

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Oxumaq və yazmağı bilməyən 80 yaşlı Səmira Rəcəb nənə təzəlikdə əlifbanı öyrənib ki, Quran oxumağı bacarsın.

Mətbuata açıqlama verən Misrli qoca nənə deyib ki, ürəyimdən Quran oxumaq və Quranı əzbərləmək keçirdi, buna görə də yaşlılar üçün “ümumi orta təhsil kursları”na yazıldım və yazıb-oxumağı öyrəndim.

O əlavə edib ki, ilk öncə istəyimi nəvələrimlə bölüşdüm. Onlara dedim ki, Quran oxumağı və əzbərləməyi istəyirəm. Onlar məni bu işə təşviq etdilər. Bundan sonra 3 aylıq ümumi təhsil kursunu uğurla başa vurdum.

Nənə bildirib ki, cari ilin Ramazan ayında ömründə ilk dəfə olaraq Quranı oxuyub və xətm edib. /iqna