92. LEYL SURƏSİNİN TƏRCÜMƏSİ

92. LEYL SURƏSİNİN TƏRCÜMƏSİ

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email
92-ci surə – əl-Leyl (Gecə) surəsi (Məkkədə nazil olmuşdur, 21 ayədir)

Bismillahir-rəhmanir-rəhim!

Rəhman və rəhim Allahın adı ilə

1 And olsun (aləmi zülmətə) bürüməkdə olan gecəyə;

2 And olsun işıqlanmaqda olan gündüzə;

3 And olsun kişini və qadını (erkəyi və dişini) yaradana ki,

4 zəhmətiniz (ey insanlar!) cürbəcürdür! (Bə’ziniz Cənnət üçün, bə’ziniz isə Cəhənnəm üçün çalışırsınız).

5 (malını Allah yolunda) versə, (Allahdan) qorxsa,

6 ən gözəl sözü (la ilahə illallah kəlməsini) təsdiq etsə,

7 ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik!

8 kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa,

9 ən gözəl sözü (la ilahə illallah kəlməsini) yalan saysa,

10 Biz ona ən çətin olanı (Cəhənnəmi) müyəssər edəcəyik (onu Cəhənnəm üçün hazırlayacağıq!)

11, Cəhənnəmə) düşəcəyi zaman mal-dövləti ona heç bir fayda verməz.

12 Bizim öhdəmizə düşən yalnız doğru yolu göstərməkdir! (Mö’min və ya kafir olmaq isə hər kəsin öz işidir).

13 Axirət də Bizim, dünya da Bizimdir!

14 (Ey insanlar!) Mən sizi alovlanan bir atəşlə qorxutdum.

15 Ora ancaq azğın (kafir) daxil olar.

16 kimsə ki, (haqqı) yalan sayar, (imandan) üz döndərər!

17 Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan uzaqlaşdırılar (nicat tapar).

18 kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) təmizlənər,

19 O şəxsin boynunda heç kəsin bir minnəti (ne’məti) yoxdur ki, onun əvəzi verilsin (etdiyi yaxşılıq ona əvəz olsun; və ya: o, etdiyi yaxşılıq müqabilində heç kəsdən bir mükafat gözləməz).

20 O ancaq ən uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər.

21 olsun ki, o (öz Rəbbindən Cənnətdə ona verəcəyi ne’mətlərə görə) razı olacaqdır!

Quran – V. Məmmədəliyev və Z. Bünyadov tərcüməsi