93. ZUHA SURƏSİNİN TƏRCÜMƏSİ

93. ZUHA SURƏSİNİN TƏRCÜMƏSİ

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email
93-cü surə –  əz-Zuha (Səhər və ya Səhər işığı) surəsi (Məkkədə nazil olmuşdur, 11 ayədir)

Bismillahir-rəhmanir-rəhim!

Rəhman və rəhim Allahın adı ilə

1 And olsun səhərə;

2 And olsun sakitləşməkdə olan (və ya: getdikcə zülməti artan) gecəyə ki,

3 (Sənə bir neçə gün vəhy nazil etməməklə) Rəbbin səni (ya Peyğəmbər!) nə tərk etdi, nə də sənə acığı tutdu.

4 Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir!

5 Həqiqətən, Rəbbin sənə (qiyamət günü ən uca şəfaət məqamı, Cənnətdə tükənməz nemətlər) bəxş edəcək və sən (Ondan) razı qalacaqsan!

6 Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?!

7 Sənin şaşqın (yaxud: uşaq vaxtı Məkkə vadisində azmış) vəziyyətdə tapıb yol göstərmədimi?!

8 Səni yoxsul ikən tapıb dövlətli etmədimi?!

9 Elə isə yetimə zülm etmə!

10 Dilənçini də (qapıdan) qovma!

11 Və (həmişə) Rəbbinin sənə olan nemətindən söhbət aç!

Quran – V. Məmmədəliyev və Z. Bünyadov tərcüməsi