Tin surəsi 95-ci surəsi. MƏKKƏDƏ nazil olmuşdur, 8 ayədir.
Bismillahir-rəhmanir-rəhim!
Rəhman və rəhim Allahın adı ilə
1 And olsun əncirə və zeytuna;
2 And olsun (Allah-təalanın Musa ilə danışdığı) Tur dağına;
3 And olsun bu təhlükəsiz (qorxusuz-xətərsiz) şəhərə (Məkkəyə) ki,
4 Biz insanı ən gözəl biçimdə yaratdıq!
5 Sonra da onu qaytarıb rəzillərin rəzili edərik!
6 Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! Onları münnətsiz (saysız-hesabsız) mükafat gözləyir.
7 (Ey kafir insan! Bu qədər öyüd-nəsihətdən) sonra səni dini (haqq-hesab gününü) yalan saymağa vadar edən nədir?!
8 Məgər Allah hakimlərin hakimi (ən ədalətli, ən üstün hakim) deyilmi?!
Quran – V. Məmmədəliyev və Z. Bünyadov tərcüməsi |