99. ZİLZAL SURƏSİNİN TƏRCÜMƏSİ

99. ZİLZAL SURƏSİNİN TƏRCÜMƏSİ

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email
99-cu surə – əz-Zilzal (Zəlzələ) surəsi (Məkkədə nazil olmuşdur, 8 ayədir)

Bismillahir-rəhmanir-rəhim!

Rəhman və rəhim Allahın adı ilə

1 Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman;

2 Yer öz yükünü çıxardıb atacağı zaman;

3 İnsan (təəccüblə): “Buna (bu yerə) nə olub?” – deyəcəyi zaman –

4 Məhz o gün (yer) öz hekayətini söyləyəcəkdir –

5 Çünki (bunu) ona sənin Rəbbin vəhy etmişdir (buyurmuşdur)!

6 O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərindən məhşərə) dəstə-dəstə çıxacaqlar! (Cənnətliklər sağ tərəfə, cəhənnəmliklər isə sol tərəfdə olacaqlar).

7 Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır).

8 Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).

Quran – V. Məmmədəliyev və Z. Bünyadov tərcüməsi