ABŞ-ın 3-cü prezidentinə aid tarixi Quran nüsxəsi Dubay sərgisində

ABŞ-ın 3-cü prezidentinə aid tarixi Quran nüsxəsi Dubay sərgisində

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

ABŞ-ın 3-cü prezidenti Tomas Cefersona aid olan tarixi Qurani-Kərim nüsxəsi Dubaydakı “EXPO-2020” beynəlxalq sərgisində nümayiş etdiriləcək.

Bu, həmin nüsxənin ABŞ konqresi kitabxanasını tərk etdiyi ilk haldır.

Sözügedən nüsxə 2 cilddən ibarətdir və Corc Saylın 1734-cü ildəki tərcüməsidir.

Sərgidə Quranla yanaşı Məkkə və Mədinənin qədimi xəritəsi də nümayiş etdiriləcək.

Əntiq əşyalar mühafizə altında Dubaya gətiriləcək.

Qeyd edək ki, Cefferson 1801-1809-cu illərdə ABŞ prezidenti olub.

Ehtimal edilir ki, Cefferson Qurani-Kərimin həmin nüsxəsini universitetdə hüquq fakültəsində oxuyan zaman alıb. /iqna