Avstraliyada şiə təşkilatları Quran yarışlarının ikinci turunu keçirib

Avstraliyada şiə təşkilatları Quran yarışlarının ikinci turunu keçirib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Avstraliyada şiə təşkilatlarının bir-birilə həmkarlığı nəticəsində Ramazan ayı münasibətilə ikinci dəfə keçirilən Quranın “tərtil” və “təhqiq”lə tilavəti və hifzi müsabiqəsi keçirilib.

Bu yarışmalar Quranın baharında böyüklər və yeniyetmələr yaş qrupunda Quranın “tərtil” və “təhqiq”lə tilavəti və hifz sahələrində Cəfəriyyə, Viktoriya Dərnəyi və digər şiə təşkilatları ilə əməkdaşlıq şəraitində keçirilib.

Melburn “Xatamul-Ənbiya” Mərkəzində 30-dan çox müsəlman kişi və qadın qeyd olunan fənlər üzrə bir-birləri ilə yarışıblar.

Camaat namazı qılındıqdan sonra qonaqlar “Xatəmul-Ənbiya” Mərkəzinin iftar proqramında iştirak ediblər və sonda qaliblər təltif edilib.

Qeyd edək ki, bu müsabiqənin birinci mərhələsi 2019-cu ildə keçirilib. Bu yarışlar Korona səbəbilə iki il təxirə salındı ​​və bu il Ramazan ayında (2022) onun ikinci turu keçirildi./iqna