Avstriya Quran və Azan yarışlarının qalibləri elan olunub

Avstriya Quran və Azan yarışlarının qalibləri elan olunub

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Avstriyanın paytaxtı Vyana şəhərinin İmam Əli (ə) İslam Mərkəzi 1443-cü ilin Ramazan ayının Quran və xüsusi azan yarışlarının qaliblərinin adlarını açıqlayıb.

Bu yarışlar müxtəlif fənlər üzrə keçirilib. O cümlədən böyüklərdə 1 cüzün əzbərlənməsi və 25 surənin əzbərlənməsi üzrə keçirilib. 15 yaşa qədər (15 surənin əzbərlənməsi) və uşaqların yaş qrupunda (10 surənin əzbərlənməsi üzrə) keçirilib.

Qiraət sahəsində də müsabiqə tərtil qiraəti və  (Mustafa İsmayılın və digər qiraətçilərin səsinə qulaq asıb) təqlid edərək təhqiq qiraəti üzrə keçirilib.

Bu sahələr üzrə qadın və kişilər bölümündə qaliblər elan olunub./iqna