BƏƏ-də virtual beynəlxalq Quran hifzi yarışları keçiriləcək

BƏƏ-də virtual beynəlxalq Quran hifzi yarışları keçiriləcək

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) illik beynəlxalq Qurani-Kərimin hifzi yarışları Məktum Quran Hifzi Mərkəzinin təşəbbüsü ilə bu il virtual formatda keçiriləcək.

Dubayın İslami İşlər və Xeyriyyəçilik Fəatliyyətləri İdarəsinin nəzdində fəaliyyət göstərən Məktum Quran Hifzi Mərkəzi 2021-ci ildə 21-ci beynəlxalq Quran hifzi yarışlarının virtual formatda keçiriləcəyi barədə məlumat verib.

Müxtəlif yaş kateqoriyalarını əhatə edəcək bu virtual müsabiqə Zoom proqramı üzərində keçiriləcək.

Məktum Quran Hifzi Mərkəzinin rəisi Həmd əl-Xəzrəci deyib: “Bu yarışlar tələbə və şagirdlərin Quran hifzi səviyyəsini müxtəlif yaş kateqoriyaları üzrə inkişaf etdirmək hədəfi ilə keçirilir və yarışların baş tutması üçün yeni texnologiyadan istifadə edilir”.

Müsabiqə iştirakçıları Qurani-Kərim 30-cu cüzünün yarısı, Quranın son beş cüzi, Quranın 30-cu cüzi, 20 cüz, 10 cüz, 15 cüz, 5 cüz, 3 cüz və bütün Quranın hifzi üzrə rəqabət aparacaqlar.

Quran hifzi yarışları Aprel ayının 10-dək davam edəcək və final mərhələsində qalib yarışçılara müfakat veriləcək. /iqna