BƏƏ-də xanımlar arasında beynəlxalq Quran yarışları keçiriləcək

BƏƏ-də xanımlar arasında beynəlxalq Quran yarışları keçiriləcək

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

“Şeyxə Fatimə bin Mübarək” adına qadınlar arasında beynəlxalq Qurani-Kərim yarışlarının keçirilməsi üçün çağırış edilib. Bu yarışların qeydiyyatına 2021-ci ilin Sentyabr ayının 15-də başlanılacaq.

BƏƏ-də xanımlar arasında “Şeyxə Fatimə bint Mübarək” adına V Beynəlxalq Qurani-Kərim yarışları keçiriləcək.

“Şeyxə Fatimə bin Mübarək” adına qadınlar arasında beynəlxalq Qurani-Kərim yarışları “Beynəlxalq Dubay Quran Mükafatı” tərəfindən keçirilir.

“Şeyxə Fatimə bin Mübarək” adına qadınlar arasında beynəlxalq Qurani-Kərim yarışlarının keçirilməsi üçün çağırış edilib. Bu yarışların qeydiyyatına 2021-ci ilin Sentyabr ayının 15-də başlanılacaq.

Yarışlarda iştirak etmək istəyənlər “info@quran.gov.ae” və “quran@eim.ae” e-poçt ünvanlarına müraciət edə bilərlər.

BƏƏ-nin Dubay əmirliyi hakiminin Mədəniyyət İşləri Müşarivi və Quran yarışları komitəsinin koordinatoru İbrahim Məhəmməd Bu-Məlhə bu barədə deyib: Bu yarışlarda vətəndaşı olduğu ölkə tərəfindən rəsmi formada təqdim olunan və həmçinin BƏƏ-də qanuni şəkildə yaşayan və xarici ölkələrin vətəndaşları olan xanımlar iştirak edə bilərlər. Həmçinin yarışlarda iştirak etmək istəyən xanımların yaşı 25-dən çox olmamalı və Quranı təcvid qaydaları əsasında əzbər bilməlidir. /iqna