Braziliyada Quran əzbərləyən tələbələr təqdir olunub

Braziliyada Quran əzbərləyən tələbələr təqdir olunub

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Braziliya İslam Mərkəzi ərəbcə bilməyənlər üçün Qurani-Kərimin hifzi müsabiqəsində seçilmiş tələbələrin şərəfinə xüsusi bayram tədbirinin keçirildiyini elan edib.

Braziliyanın “Villa Cachon” İslam Mərkəzində Karaib hövzəsi və Cənubi Amerikada İmam camaatları və İslam İşləri üzrə Ali Şurasının sədri Əbdül-Həmid Mütəvəllinin nəzarəti altında tələbələr və Qurani-Kərimin hifzinə məsul şəxslərə ehtiram göstərmək üçün mərasim keçirilib.

İmam camaatları və İslam İşləri üzrə Ali Şurasının sədri Əbdül-Həmid Mütəvəlli vurğulayıb ki, bu mərkəz müqəddəs Ramazan ayı başlayandan ərəb dilini bilməyənlər arasında Qurani-Kərim müsabiqəsi keçirir.

O, bildirib ki, 59 oğlan və qız tələbə qiymətli həvəsləndirici mükafatlar qazanıb. Həmçinin qeyd edib ki, müsabiqə ərəb dilini bilməyən müsəlman ailələr arasında rəqabət şəraitində keçirilib./iqna