DƏMİRİN GÖYDƏN NAZİL OLMASI

DƏMİRİN GÖYDƏN NAZİL OLMASI

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

“…BİZ HƏDDİNDƏN ARTIQ MÖHKƏM OLAN VƏ İNSANLARA FAYDA VERƏN DƏMİRİ DƏ NAZİL ETDİK…”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Metallara nəzər saldıqda görürük ki, onların arasında dəmirdən daha çox zəruri əhəmiyyətə malik olanı yoxdur. Elə təkcə Yerin nüvəsinin dəmirdən ibarət olmasını, qanımızın və qidaların tərkibində dəmirin varlığını misal gətirsək kifayətdir. Quranda dəmirə xüsusi diqqət verilməsi də bu maddənin nə qədər lazımlı olduğunu göstərir.

Qurani-Kərimin “əl-Hədid” yəni “Dəmir” adlı surəsinin 25-ci ayəsi Allahın işarə etdiyi elmi möcüzələrdəndir. Ayədəki möcüzələrə nəzər salaq:

Allah-Təala Qurani-Kərimdə buyurur:

﴿ لَقَدْ أَرْسَلْنَا رُسُلَنَا بِالْبَيِّنَاتِ وَأَنزَلْنَا مَعَهُمُ الْكِتَابَ وَالْمِيزَانَ لِيَقُومَ النَّاسُ بِالْقِسْطِ وَأَنزَلْنَا اللْحَدِيدَ فِيهِ بَأْسٌ شَدِيدٌ وَمَنَافِعُ لِلنَّاسِ وَلِيَعْلَمَ اللَّهُ مَن يَنصُرُهُ وَرُسُلَهُ بِالْغَيْبِ إِننَّ اللَّهَ قَوِيٌّ عَزِيزٌ ﴾

“And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (möcüzələrlə) göndərdik. Biz onlarla birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər. Biz həddindən artıq möhkəm olan və insanlara fayda verən dəmiri də endirdik ki, Allah (Özünü) görmədən Ona (onun dininə) və peyğəmbərlərinə kömək göstərənləri bəlli etsin. Həqiqətən, Allah yenilməz qüvvət və qüdrət sahibidir!” (“əl-Hədid” surəsi, 25-ci ayə)

Bu ayədəki birinci möcüzə “endirdik” kəlməsidir. Bu kəlmə ilə Allah insanlara dəmirin Yerə göydən endirilməsini xəbər verir.

Həyatın bütün sahələrində dəmirin mövcudluğu və canlı aləm üçün həyati əhəmiyyəti XX əsrə kimi hələ bilinməyən həqiqətlər sırasında idi. Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun)  dövründə də dəmirdən istifadə edilirdi. Ancaq o zamanlar dəmirin insan həyatında bu qədər rolu haqqında məlumata sahib deyildilər. Əvvəllər elə zənn edilirdi ki, dəmir zərrə vasitəsi ilə inkişaf edərək böyüyüb tamamlanıb.

Nəhayət, insan oğlu bu kəşfi XX əsrdə edə bildi. Məlum oldu ki, dəmirin Yer planetində və yaxud Yerə düşən günəş şüaları ilə əmələ gəlməsi mümkün deyil.

Tədqiqatlar nəticəsində alimlər dəmir mədəninin kosmosdan gəldiyini və dəmirin olduqca şiddətli istilik nəticəsində yarandığı fikrini ortaya qoydular.

Dəmir yüz milyon dərəcə istilikdə əmələ gələ bilər ki, bu istilik də günəşdən qat-qat böyük ulduzlarda olur. Günəşin istiliyi dəmirin əmələ gəlməsi üçün kifayət deyil. Dəmir “Supernova” adlandırılan ulduzların partlaması nəticəsində əmələ gəlir və kosmosa səpələnir.

Ulduzların partlaması nəticəsində dəmir cazibə qüvvəsi sayəsində kainatda üzərək hərəkət edir. Bu dəmir parçaları yer kürəsinin atmosfer qatından keçəndən sonra cazibə qüvvəsi itdiyindən sürətli şəkildə havanı yararaq yere enməyə başlayır. Dəmir meteorit və ya asteroid kimi səma cisimləri vasitəsilə Yerə endirilmişdir.

“əl-Hədid” ayəsində ikinci möcüzə də vardır. Allah-Təala bu ayədə dəmirin möhkəm və güclü olduğunu bizə vəsf edərək “…Biz həddindən artıq möhkəm olan və insanlara fayda verən dəmiri də nazil etdik…”, – deyə buyurur.

Elm adamları dəmir mədənlərinin möhkəm və qüvvətlilikdə yeganə olduğunu aşkarladılar. Dəmir atomlarında böyük güc mövcuddur və bu atomlar bir-birinə daxil olduqca bu güc daha da artır. Bununla yanaşı, dəmir atomlarına karbon atomları qarışır. Karbon atomları dəmirin möhkəmliyini və güclülüyünü çoxaldır. Bu atomlar artıqca dəmirdə güclülük, möhkəmlik və qüvvətlilik hasil olur. Buna ümumi olaraq şiddətli möhkəmlik deyilir.

Üçüncü möcüzə – ayədə iki riyazi şifrənin mövcud olmasıdır. Belə ki, “əl-Hədid” surəsi Quranın 57-ci surəsidir. Dəmir izotopunun atom ağırlığı da 57-dir. Və “Bismilləhir rahmənir rahim”i 1-ci ayə saymaqla “əl-Hədid” 26-cı ayədir. Dəmirin atom sayı da 26-dır.

Elm isbat etdi ki, dəmirin insanlara verdiyi faydaların sayı-hesabı yoxdur. Düşünək ki, Uca Allah dəmiri planetimizə endirməklə nə qədər böyük işləri tənzimləmişdir. Bu cür böyük dəqiqliklə tənzimləmək isə yalnız Allahın elmi və qüdrəti sayəsində ola bilərdi.

Elmin dəmir barəsində XX əsrdə əldə etdiyini Uca Allahın 14 əsr bundan əvvəl bildirməsi Quranın möcüzələrindəndir. Və bütün bunlar Qurani-Kərimin insan sözü olmadığının təkzibedilməz sübutudur.

Allah-Təala Qurani-Kərimdə buyurur:

﴿ سَنُرِيهِمْ آيَاتِنَا فِي الْآفَاقِ وَفِي أَنْفُسِهِمْ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ ۗ أَوَلَمْ يَكْفِ بِرَبِّكَ أَنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ ﴾

Onun (Quranın) haqq olduğu onlara bəlli olsun deyə, Biz öz dəlillərimizi onlara həm xarici aləmdə (üfüqlərdə, kainatda, göylərin və yerin ətrafında), həm də onların özlərində mütləq göstərəcəyik. (Ey Peyğəmbər!) Məgər Rəbbinin hər şeyə şahid olması (sənin dediklərinin doğruluğuna) kifayət deyilmi?!” (“Fussilət” surəsi, 53-cü ayə)

Allah-Təala, həmçinin, buyurur:

﴿ وَقُلِ الْحَمْدُ لِلَّهِ سَيُرِيكُمْ آيَاتِهِ فَتَعْرِفُونَهَا ۚ وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا تَعْمَلُون ﴾

De: “Həmd olsun Allaha! O Öz dəlillərini sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız. Rəbbin etdiyiniz əməllərdən əsla xəbərsiz deyildir!”” (“ən-Nəml” surəsi, 93-cü ayə)