Dünyanın ən böyük Quran nüsxəsinin təqdimat mərasimi keçiriləcək

Dünyanın ən böyük Quran nüsxəsinin təqdimat mərasimi keçiriləcək

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Dünyanın ən böyük Qurani-Kərim nüsxəsinin ki, alüminium kətan üzərinə yazılmışdır, Oktyabr ayının 1-də Dubayın Expo-2020 sərgisində təqdimat mərasimi keçiriləcək.

Oktyabr ayının 1-dən başlayaraq altı ay davam edəcək “Dubay Expo-2020” sərgisində nümayiş olunacaq bu nüsxəni pakistanlı incəsənətçi beş il ərzində ərsəyə gətirmişdir.

Şəhid Rəzzam əslən BƏƏ-lidir, amma oradan mühacirət edərək Pakistana getmişdir.

O, bundan öncə, 2000-ci ildə, BƏƏ-nin “əl-Eyn” incəsənət universitetinin “ilin incəsənətçisi mükafatı”na da layiq görülmüşdür.

Şəhid Rəzzam beş il öncə Quran ayələrini alüminium kətan üzərində qızıl suyu ilə kitabət edib.

Bu Quran nüsxəsi İslamın 1400 illik tarixində kitabət edilmiş ən böyük Quran nüsxəsi hesab edilir. Çünki indiyədək parça, kağız və dəri üzərinə yazılmış digər böyük Quran nüsxələri ilə fərqlidir. Bu nüsxənin uzunluğu 8.5 fut, eni isə 6.5 futdur. Hər səhifədə 150 söz yazılıb və ümumilikdə 550 səhifədən ibarətdir.

Pakistanlı incəsənət ustadı bundan öncə Allahın 99 gözəl adını (Əsmaul-Hüsna) alüminium kətan üzərinə oxşar fontla kitabət etmişdi.

Qeyd edək ki, “Dubay Expo-2020”  sərgisi ötən il keçirilməli idi, amma koronavirus pademiyası səbəbi ilə bir təxirə salındı. Bu sərgi Orta Şərqin ilk beynəlxalq sərgisidir.

Sərgi Oktyabr ayının 1-də başlayacaq və 2022-ci ilin Mart ayının 31-dək davam edəcək.

Sərgini 25 milyon insanın ziyarət edəcəyi ehtimal olunur. /iqna