Fələstinli ustad Qurana 30 cildlik təfsir yazıb

Fələstinli ustad Qurana 30 cildlik təfsir yazıb

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

“Əl-Təfsirul-Hadi” kitabı Fələstindəki Qəzza İslam Universitetinin Dinlər fakültəsinin Quran təfsiri və elmləri üzrə ustadı Əbdus-Salam Əl-Loh tərəfindən 30 cilddə yazılıb və çap edilib.

“Qırx ildir ki, Quranın analitik təfsirini tədris etdiyimi nəzərə alsaq, ağlıma Quranın təfsirini yazmaq fikri gəldi. Müsəlmanlar və mütəxəssislər arasında Quran mətninin başa düşülməsində ümumi zəifliyi aradan qaldırmağa çalışdım.

Fələstinli ustad daha sonra “Əl-Hadi” təfsirinin analitik və yığcam təfsir olduğuna işarə edərək deyib: “Tələbələrimdən yeddisi bu təfsirin yazılmasında mənimlə əməkdaşlıq etdi və bu dörd il çəkdi”.

O bildirmişdir ki, bu təfsir 10 min səhifədən çoxdur və 30 cilddə yazılmışdır və hər cild 320-350 səhifə və səkkiz bölmədən ibarətdir./iqna