Fövqəladə zəkalı 15 yaşlı qız Quranı 93 günə tam əzbərlədi

Fövqəladə zəkalı 15 yaşlı qız Quranı 93 günə tam əzbərlədi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

“Mənim müəlliməm bunu edə bildiyimi gördüyü üçün Quranı öyrənməklə bağlı tapşırıqlar verməyə başladı”, – deyə Aşkın bildirib.

Türkiyənin Konya şəhərində yaşayan 15 yaşlı İrəm Aşkın bütün Qurani-Kərimi 3 aya əzbərləyib.

O, İslam dininin müqəddəs kitabını oxuya bilmək üçün getdiyi kursda bu cür qısa zamanda hafizi-Quran olub.

“Mənim müəlliməm bunu edə bildiyimi gördüyü üçün Quranı öyrənməklə bağlı tapşırıqlar verməyə başladı”, – deyə Aşkın bildirib.

Müsəlman qızın sözlərinə görə, müəlliməsi əvvəl-əvvəl tapşırıq olaraq 1-5 səhifə, sonra 5-7 səhifə, daha sonra 7-10 səhifəni əzbərləməyi tapşırırdı.

“Müəlliməm ev tapşırığımı səhvsiz danışdığımı anladıqda, gündəlik əzbərləmək tapşırıqlarım 15 səhifəyədək, və nəhayət 1 cüzədək artırıldı”, – deyə Aşkın qeyd edib.

“Valideynlərim və həmçinin özüm də şad idik. Təhsilimi bitirdikdə xoşbəxtlikdən ağlayırdım”, – deyə müsəlman qız əlavə edib.

İrəmin müəlliməsi Miyasə Körpə deyib ki, Aşkın adi sinifdə oxuyurdu, daha sonra isə Qurani-Kərimin əzbərlənməsi sinfinə keçdi.

İrəmin əzbərləmək bacarığına heyran olduğunu deyən müəllimə deyib: “Bu cür yaddaş olduqca nadir olduğu üçün, insanlara ilk vaxtlarda buna inanmaq çətindir”.

Quranın öyrənilməsi üçün qadınlar kursunun rəhbəri Nihal Sevinc də İrəmin 93 gündə əldə etdiyi nəticədən təəccübləndiyini deyib, çünki adətən bunun üçün bir neçə il lazım olur. /az.shafaqna