Görmə qüsuru olan 11 yaşlı qız uşağı Quran hafizi oldu

Görmə qüsuru olan 11 yaşlı qız uşağı Quran hafizi oldu

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Misrin “əl-Yəvm əs-Sabe” televiziya kanalı 11 yaşlı bir qız uşağının hamını təəccübləndirən və heyrətə gətirən və hər kəsə ibrət olacaq həyat hekayəsini ekran edib.

Misrin “əl-Yəvm əs-Sabe” televiziya kanalı 11 yaşlı bir qız uşağının hamını təəccübləndirən və heyrətə gətirən və hər kəsə ibrət olacaq həyat hekayəsini ekran edib.

Hazırda 11 yaşı olan bu qız uşağının adı Hənin Əşrəf Əbul-Eyneyin Məhəmməddir.

O hələ 7 yaşında ikən Qurani-Kərimin hamısını əzbərləməyə müvəffəq olmuşdu.

Misrin əş-Şərqiyyə əyalətində yaşayan bu qız uşağı 9 aylığında xərçəng xəstəliyinə tutulur. İki ay ərzində bədənin bütün hüceyrələrini saran xərçəng xəstəliyi səbəbi ilə gözləri tutulur və görmə qüvvəsini tamamilə itirir. Amm bu uşaq səbir və dözüm göstərir. Bədəni müalicə və dərmanlara müsbət cavab verir. Onu müalicə edən həkimlər belə balacanın möhkəm iradəsindən heyrətə gəlirlər. Və nəhayət Hənin Əşrəf 3 yaşında xəstəliyə qalib gələrək sağalır. Amma gözlərini əbədi olaraq itirir.

Hənin Əşrəf gözlərinin görməməsi və xəstə olmasına rəğmən Quran yarışlarında iştirak edir və indiyədək 20 Quran yarışında birinci yeri kəsb edib. /iqna