Görmə qüsuru olanlar üçün elektron Quranlar tədarük edilib

Görmə qüsuru olanlar üçün elektron Quranlar tədarük edilib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Məkkədə Məscidul-Həramın görmə qüsuru olan ziyarətçilərinə xidmət hədəfi ilə onlar üçün “bril” əlifbası ilə hazırlanmış elektron Quran nüsxəsləri tədarük görülüb.

Bu barədə Məscidul-Həram və Məscidun-Nəbinin idarə heyətinin rəsmi informasiya portalında məlumat verilib.

Məlumatda deyilir ki, Məscidul-Həramın Quran rəflərində yerləşdirlən yeni elektron “bril” əlifbalı Quran nüsxələri “Müshəflər İdarəsi” tərəfindən hazırlanıb.

Bu az həcimli zəkalı Quran nüsxələri bril əlifbası ilə olduğu üçün görmə qüsuru olan ziyarətçilərin Məscidul-Həramda Quran tilavəti problemini həll edir.

Elektron Quran nüsxələrinin 6 cildlik bril Quran nüsxələrindən digər üstün cəhəti də budur ki, müxtəlif səhifələrə asanlıqla getmək olur.

Məscidul-Həram və Məscidun-Nəbinin idarə heyəti bildirib ki, bu nüsxələr yeni olduğu üçün görmə qüsuru olan zəvvarlara istifadə qaydaları öyrədiləcək. /iqna