Hamburqda 8-ci Avropa Quran Müsabiqəsi keçiriləcək

Hamburqda 8-ci Avropa Quran Müsabiqəsi keçiriləcək

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Almaniyanın “Darul-Quran” təşkilatı Ramazan ayında Avropada Qurani-Kərimin qiraəti, əzbəri, təfsiri və məfhumları müsabiqəsinin səkkizinci turunda iştirak etməyə çağırış edib.

Hamburq İslam Mərkəzinin himayəsi altında fəaliyyət göstərən Alman Darul-Quranı belə deyib: “Müsabiqənin ilkin mərhələsi aprelin 22-dək virtual (videofayl göndərmək) və final mərhələsi isə şənbə günü, aprelin 30-da Hamburq İslam Mərkəzində əyani şəkildə keçiriləcək.

Bu müsabiqənin məqsədi Qurani-Kərimin mədəniyyət və biliklərini yaymaq və təbliğ etməkdir. Həmçinin Quran şəxsiyətlərinin inkişaf etməsinə zəmin yaratmaq, Qurani-Kərim oxucularını və hafizlərini vəhy kəlamı ilə tanış etmək və Avropa Quran icmasını birləşdirməkdir.

Avropada yaşayan müxtəlif İslam məzhəblərindən olan bütün müsəlmanlar bu yarışlarda yaş məhdudiyyəti olmadan iştirak edə bilərlər. Yarışlar 16 yaşa qədər və 16 yaşdan yuxarı iki yaş qrupu üzrə keçiriləcək./iqna