Müqəddəs Hüseyni Astanının Darül-Quranı tərəfindən Qurani-Kərimin nazil olduğu ayda İmam Hüseynin (ə) hərəmində Qurani-Kərimin tilavəti mərasimi keçiriləcək.
Mübarək Ramazan ayının gəlişi münasibəti ilə Müqəddəs Hüseyni Astanının Darül-Quranının səyi ilə müqəddəs hərəmdə bu mübarək ay bitənə qədər hər gün Qurani-Kərimlə üns mərasimi təşkil olunacaq.
Çoxlu sayda oruc tutan zəvvarların iştirakı ilə Quran tilavətinin nurani mərasimi İmam Hüseynin (ə) müqəddəs hərəmində keçiriləcək. Bu mərasim Müqəddəs Hüseyni Astanının peyk şəbəkəsi vasitəsilə də maraqlananlar üçün yayımlanacaq./iqna