"İmam Hüseynin (ə) həyata Qurani baxışı" konfransı keçirildi

“İmam Hüseynin (ə) həyata Qurani baxışı” konfransı keçirildi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Həzrət Əbulfəzl Abbas (ə) hərəminin Quran Təlimi Mərkəzinin İraqın “əl-Hindiyyə” şəhər şöbəsində “İmam Hüseynin (ə) həyata Qurani baxışı” adlı konfrans keçirilib.

Din alimləri, mütəfəkkirlər və Quran fəallarının iştirakı ilə keçirilən konfrans Qurani-Kərimin tilavəti ilə başlayıb. Daha sonra isə Nəcəful-Əşrəf Ali Dini Elmi Hövzəsinin ustadı və Quran elmləri üzrə araşdırmaçı Höccətul-İslam vəl-müslimin Seyid Rəşid əl-Hüseyni konfransın mövzusunda çıxış edib.

O, çıxışında İmam Hüseynin (ə) həyatında Qurani-Kərimin rolu və o Həzrətin (ə) dünya məsələləri ilə necə davranışı barədə açıqlama verib.

Seyid Rəşid Hüseyni məsum imamlardan bir sıra hədislərə və Qurani-Kərimin ayələrinə istinadla İmam Hüseynin (ə) həyat tərzinə və şəhadətinin səbəblərinə işarə edib.

O, işarə edib ki, həmin dövrünün ən böyük tağutu olan Yezidin dünyaya və dünya zinətlərinə olan eşqi və dünyaya aldanması onun bu cinayətə əl atmasına səbəb oldu. / iqna