İNSANIN BARMAQ İZLƏRİ

İNSANIN BARMAQ İZLƏRİ

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

YER ÜZÜNDƏ YAŞAYAN HƏR BİR İNSANIN BARMAQ İZİ DİGƏR İNSANIN BARMAQ İZİNDƏN FƏRQLƏNİR!

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Qurani-Kərimin Uca Allah tərəfindən endirildiyini sübut edən möcüzəvi və özündə böyük bir elm daşıyan ayələrindən biri də “Qiyamət” surəsinin, 4-cü ayəsidir.

Allah-Təala Qurani-Kərimdə buyurur:

﴾ بَلَىٰ قَادِرِينَ عَلَىٰ أَنْ نُسَوِّيَ بَنَانَهُ ﴿

“Bəli, Biz onun barmaqlarını da (barmaqlarının uclarını da) düzəltməyə qadirik!” (“Qiyamət” surəsi, 4-cü ayə)

Bu surədəki elmi möcüzə barmaq uclarında olan izlərdir. Ayədə insanların barmaq uclarının ən üstün bir şəkildə qurulduğu barədə məlumat verilir. Yer üzündə yaşayan hər bir insanın barmaq izi digər insanın barmaq izindən fərqlənir. Allah-Təala öz mübarək kitabında Qiyamət günü barmaq uclarında olan o dəqiq izləri yenidən əvvəlki vəziyyətə qaytarmağa qadir olduğuna and içmişdir.

Bu barmaq uclarındakı izlər XIX əsrdə kəsf edilmişdir. 1823-cü ildə Y. Purkine adlı alim insan barmaqlarının ucundakı dəridə izlərin bütün insanlarda fərqli olduğunu söyləmişdir. O, bildirmişdir ki, barmaqların ucundakı izlər iz və xətt baxımından üç növə bölünür: mötərizə şəkilli izlər, dairəvi izlər və bağlı izlər. Hər bir növ barmaq izinin isə saysız-hesabsız formaları var ki, məhz bu formalar əsasında hər bir şəxs digərindən fərqlənir.

1858-ci ildə ingilis alimi Viliam Hersçel də bütün insanlarda barmaq izlərinin təkrarsız olduğundan bəhs etmiş və bu dəlillə hər bir şəxsi ayırd etməyin mümkünlüyünü aşkarlamışdır.

İngilis alimi F. Qalton isə 1892-ci ildə insanın barmaq izlərini öyrənmək sahəsində geniş tədqiqatlar apararaq bu barmaq izlərinin ana bətnində yaranıb ölənə kimi dəyişməz qaldığını isbat etmişdir.

E.Henry ömrünü barmaq izlərinin dəqiq öyrənilməsinə həsr edən polis olmuşdur.  O, hər bir şəxsin barmaqlarının izinin ancaq onun özünəməxsus olduğu qənaətinə gəlmişdir. Hətta o zamanlar ilk dəfə olaraq cinayətkarları aşkar etmək üçün bu üsuldan istifadə edilmişdir. İnsanın baramağında olan bənzər izlər insan bədəninin bir neçə hissəsində – ayaqlarda, dodaqlarda da mövcuddur. Bütün bunlar Allahın böyüklüyünün sirlərindən birirdir.

Beləliklə, XIX – XX əsrlərdə elm sübut etdi ki, yer üzündə barmaq izləri eyni olan iki adam mövcud deyil. Bu həqiqət insanlara məlum olmadığı bir zamanda – 1400 il bundan əvvəl müqəddəs Qurani-Kərimdə qeyd edilmişdir.

Allah-Təala Qurani-Kərimdə buyurur:

﴿ سَنُرِيهِمْ آيَاتِنَا فِي الْآفَاقِ وَفِي أَنْفُسِهِمْ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ ۗ أَوَلَمْ يَكْفِ بِرَبِّكَ أَنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ ﴾

Onun (Quranın) haqq olduğu onlara bəlli olsun deyə, Biz öz dəlillərimizi onlara həm xarici aləmdə (üfüqlərdə, kainatda, göylərin və yerin ətrafında), həm də onların özlərində mütləq göstərəcəyik. (Ey Peyğəmbər!) Məgər Rəbbinin hər şeyə şahid olması (sənin dediklərinin doğruluğuna) kifayət deyilmi?!” (“Fussilət” surəsi, 53-cü ayə)

Allah-Təala, həmçinin, buyurur:

﴾ وَقُلِ الْحَمْدُ لِلَّهِ سَيُرِيكُمْ آيَاتِهِ فَتَعْرِفُونَهَا ۚ وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا تَعْمَلُون ﴿

De: “Həmd olsun Allaha! O Öz dəlillərini sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız. Rəbbin etdiyiniz əməllərdən əsla xəbərsiz deyildir!”” (“ən-Nəml” surəsi, 93-cü ayə)