İraq "İnnə Lil-Muttəqinə Məfaza" beynəlxalq Quran yarışları başa çatıb

İraq “İnnə Lil-Muttəqinə Məfaza” beynəlxalq Quran yarışları başa çatıb

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

İraqda keçirilən “İnnə Lil-Muttəqinə Məfaza” beynəlxalq Qurani-Kərim tilavəti yarışlarının 14-cü turu öz işini yekunlaşdırıb.

Yarışların birinci yerinin qalibi iraqlı beynəlxalq Quran qarisi Abdullah Züheyr əl-Hüseyni olub.

Beynəlxalq “əl-Kövsər” peyk televiziyası ilə keçirilən Quran tilavəti yarışlarının final mərhələsi cari həftənin Cümə Axşamı günü, 13 May 2021-ci il, keçirilib.

İran İslam Respublikasının nümayəndəsi Əmin Rauf, İndoneziyanın nümayəndəsi Əbdül-Mənnan Əhməd Fövzi, Əlcəzayirin nümayəndəsi Əbdür-Rəhman Təyyibi və Əfqanıstanın nümayəndəsi Mustafa Ceyyidi sıra ilə sonrakı yerləri bölüşüblər.

Qeyd edək ki, Qurani-Kərimin tilavəti yarışları Kövsər peyk tv kanalında Ramazan ayının ilk günlərində başlamışdı. /iqna