Kainatın genişlənməsi (Quran Möcüzələri)

Kainatın genişlənməsi (Quran Möcüzələri)

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Qurani-kərim kainatın genişlənməsindən 14 əsr əvvəl – astronomiyanın hələ inkişaf etmədiyi dövrdə bu sözlərlə bəhs edir:

“Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik”. (Zariyat surəsi, 47)

“Göy” sözü Quranda bir çox yerdə kainat və ya kosmos mənasında işlədilir. Burada da məhz bu mənada işlədilib. Yəni Quran kainatın genişləndiyini xəbər verir. Bu gün elm də elə məhz bu nəticəyə gəlib.

XX əsrin əvvəllərinə qədər elmdə belə bir vahid baxış hökm sürürdü ki, kainat hərəkətsiz struktura malikdir və o, əbədi surətdə mövcuddur. Yalnız müasir texnologiyanın sayəsində aparılan tədqiqat, hesablama və müşahidələr göstərdi ki, kainatın başlanğıcı olub və o, daim genişlənir.

Rus fiziki Aleksandr Fridman və Belçika kosmoloqu Corc Lemetr XX əsrin əvvəlində kainatın daim hərəkətdə olduğunu və genişləndiyini nəzəri cəhətdən hesabladılar.

Bu kəşf müşahidələr yolu ilə 1929-cu ildə təsdiqləndi. Amerika astronomu Edvin Habbl göyü böyük teleskopla öyrənərək belə nəticəyə gəldi ki, ulduzlar və qalaktikalar daim bir-birlərindən uzaqlaşırlar. Hər şeyin bir-birindən uzaqlaşdığı kainatı isə daim genişlənən kainat kimi anlamaq lazımdır. Bu prosesin şübhəsizliyi sonrakı illərin müşahidələri ilə dəqiq sübut edilmişdir.

O uzaq zamanlarda bu həqiqət insanlara hələ tam məlum deyildi və Quranda xəbər verilmişdi, çünki Quran Allah`ın – Yaradanın və kainatın Hakiminin sözüdür.