Küveytdə cəmiyyətdə 113 surəli Quran yayılıb

Küveytdə cəmiyyətdə 113 surəli Quran yayılıb

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Küveytdə cəmiyyətdə 113 surəli Quran nüsxəsinin yayılması müsəlmanları narahat edib. Bu Quran nüsxəsində Nisa surəsi yoxdur.

Küveytdə cəmiyyətdə 113 surəli Quran nüsxəsinin yayılması müsəlmanları narahat edib. Bu Quran nüsxəsində Nisa surəsi yoxdur.

Təhrif edilmiş Quran nüsxəsinin yayılması sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid atəşinə tutulub.

Bunun ardınca Küveytin İslami Fondlar Nazirliyini məsələ ilə bağlı araşdırma aparmağa başlayıb.

Sosial şəbəkə istifadəçiləri Nisa surəsi olmayan Quran nüsxəsinin yayılmasını təndiq edərək bunu Allah kəlamına hörmətsizlik və İslam dini üçün təhlükə hesab ediblər.

Küveytin İslami Fondlar Naziri İsa əl-Kundiri ölkənin Quran və Peyğəmbər Sünnəsinin Yayılması İşləri İdarəsindən bu barədə açıqlama verməsini və belə bir nüsxənin yayılmasına səbəb olanların üç gün ərzində aşkar edilməsini tələb edib.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan bir videoda Küveyt vətəndaşı Qurani-Kərimin 4-cü surəsinin, yəni Nisa surəsinin olmadığı bir Quran nüsxəsi göstərib və qeyd edib ki, bu hadisə sonradan baş verməyib, Nisa surəsi bu nüsxədən vərəqlərin cırılması ilə çıxarılmayıb, əvvəlcədən çap zamanı Quranda olmayıb. /iqna