Əl-Əzhərdə uşaqlar üçün Quran hifzi bölməsinin açılışı olub

Əl-Əzhərdə uşaqlar üçün Quran hifzi bölməsinin açılışı olub

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Misirin müxtəlif əyalətlərində 507 şöbəsi olan Əl-Əzhər Böyük Məscidində Qurani-Kərimin əzbərlənməsi üçün uşaq bölməsi açılıb.

Əl-Əzhərin müavini Məhəmməd Əl-Dəvini xəbəri açıqlayaraq deyib: “Bu mərkəz Şeyx Əl-Əzhər Əhməd Əl-Tayyibin ifadələrinə uyğun olaraq yaradılmışdır. Onun proqramlarında iştirak üçün qeydiyyat başlayıb və 15 günə qədər davam edəcək.

O, bildirib ki, bu bölmə 5 yaşdan 13 yaşa qədər olan uşaqlara Quran hifzinin öyrədilməsi sahəsində fəaliyyət göstərir. Onun fəaliyyət şəraiti və qaydası bu bölmənin xüsusi saytında elan olunub.

Muhəmməd əd-Zəvini həmçinin aydınlaşdırıb ki, Quran Allahın kəlamıdır ki, onun peyğəmbərinə (s) nazil olmuşdur. Misir də Quran və onu qiraət edənlərin ölkəsidir./iqna