Əlcəzair Milli Quran Hifzi Müsabiqəsinin qalibi təqdir olunub

Əlcəzair Milli Quran Hifzi Müsabiqəsinin qalibi təqdir olunub

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Əlcəzairin Əl-Acaicə kəndinin sakinləri mərasim keçirərək yeniyetmələr üçün Milli Quran Hifzi Müsabiqəsinin qalibi Feysəl Həccacı təqdir ediblər.

Bu mərasim Əlcəzairin Tlemsan əyalətinin Cəbalə şəhərinin Əl- Acaicə kəndində keçirilib. Kənd camaatı Feysəl Həccacın belə bir mükafata layiq görülməsi ilə fəxr ediblər.

Faisal Haccac “Ən-Nəhar”a müsahibəsində deyib: “Allaha çox şükür edirəm ki, yeniyetmələrin Quran hifzi yarışmalarında birinci yeri qazandım. Müəllimlərimə minnətdaram və onlara can sağlığı arzu edirəm”.

O, əlavə edib ki, mənə Quranı əzbərləməm üçün şərait yaradan və onu əzbərləməkdə mənə köməklik göstərən və mənə dəstək olan valideynlərimə də minnətdaram”./iqna