Əlcəzayirli qoca nənə 75 yaşında Quranı əzbərlədi

Əlcəzayirli qoca nənə 75 yaşında Quranı əzbərlədi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Məlisə nənə yazmaq və oxumağı bacarmamağına və həmçinin görmə qabiliyyətinin zəif olmasına rəğmən yüksək əzmkarlıq və dəmir iradə ilə savadsızlığına güc gələrək Allah kəlamını hifz etməyə müvəffəq olub.

Əlcəzayirdə yaşayan qoca iradəli qoca nənə, möhkəm əzmlə öz savadsızlığını yenərək 75 yaşında ikən Qurani-Kərimi əzbərləyib.

Haciyə Məlisə Hivani nənə Əlcəzayirin Sətif şəhərində yaşayır.

Bu 75 yaşlı nənə məktəbə getməyib və savadı yoxdur.

Məlisə nənə yazmaq və oxumağı bacarmamağına və həmçinin görmə qabiliyyətinin zəif olmasına rəğmən yüksək əzmkarlıq və dəmir iradə ilə savadsızlığına güc gələrək Allah kəlamını hifz etməyə müvəffəq olub.

Məlisə nənə yaşadığı Sətif şəhərinin “Sibteyn məscidi”nə Quran dərslərinə gedərək Quran öyrənmək istədiyini bildirib. Quran ustadına bu iş mümkünsüz görünsə də nənənin israrı ilə ona Quran öyrətməyə başlayır.

Sibteyn məscidinin Quran ustadı Musa bin Eydir deyir ki, bu qoca xanım əzmkarlığı və iradəsi ilə 13 ilə hər Ərəb əlifbasını, həm Quran oxumağı öyrəndi və həm də Quranı əzbərlədi.

Məlisə nənə deyir ki, Quranı əzbərləmək istədiyimi deyəndə heç kim mənə inanmaq istəmirdi. Hətta bəziləri istehza edir və gülürdü. Amma mənim Qurana olan eşqim və Allahın lütfü və uzun səbr məni hədəfimə çatdırdı.

Məlisə nənə cavanlara da tövsiyə edir ki, Quranı əzbərləsinlər. Quran oxumaqda və Quranı əzbər bilməkdə olan şirinliyi heç bir şeydə tapmaq olmaz./iqna