Livanın "Sur" şəhərində Quran müəllimi hazırlığı kursu keçirilir

Livanın “Sur” şəhərində Quran müəllimi hazırlığı kursu keçirilir

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Astan Hüseyniyə bağlı Beynəlxalq Quran Təbliğat Mərkəzinin Livanın cənubundakı “Sur” şəhərindəki filialı tərəfindən Qurani-Kərim müəllimlərinin hazırlığı kursu keçirilir.

Astan Hüseyniyə bağlı Beynəlxalq Quran Təbliğat Mərkəzinin Livandakı bölməsinin rəhbəri Seyid Əli Əbul-Həsən bu barədə deyib: “Bu təlim proqramı Müqəddəs Hüseyni Astanının dəstəyi ilə bu mərkəzin Livan bölməsi tərəfindən başlamışdır.

O, əlavə edib ki, bu Quran təlim kursunda dövlət və özəl məktəblərinin tələbələri və müəllimləri də daxil olmaqla kişi və qadınlardan ibarət 50 nəfər iştirak edir.

Seyid Əli Əbülhəsən bu kursun fəaliyyətinin iki aydır davam etdiyinə işarə edərək deyib: “Bu təlim kursu hər bazar günü Livanın cənubundakı “Sur” şəhərindəki Məhəmməd Peyğəmbər (s) adlı mərkəzdə keçirilir.”

O əlavə edib ki, bu təlim kursunda nəzəri və praktiki kurslar keçirilir ki, bunlara təcvidin qaydaları, Quran elmləri, tədris üsulları və Quranı əzbərləmə metodları daxildir./iqna