Mavritaniyada Quranın əzbərləməsi və qiraəti üzrə yarış keçiriləcək

Mavritaniyada Quranın əzbərləməsi və qiraəti üzrə yarış keçiriləcək

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Mavritaniya Radiosu 2000 iştirakçı arasında Quranın əzbərləməsi və qiraəti üzrə ümummilli müsabiqə keçiriləcək.

Mavritaniya Radiosunun təşəbbüsü ilə keçirilən Doqquzuncu Böyük Qurani-Kərim Hifzi və Qiraəti Yarışmasının seçmə mərhələsində 2000-ə yaxın iştirakçı yarışacaq.

Mavritaniya Radiosu bu müsabiqənin fəaliyyətini yayımlamaq üçün Milli Radio Şəbəkəsindən əlavə üç studiyanın, o cümlədən Qurani-Kərim Radiosu, Fərhəng Radiosu və Gənclik Radiosunun müəyyən edildiyini bildirib. Müsabiqə həmçinin Şənqit, Əl-Mərabətun, Əl-Sahil və Əl-Vətəniyyə də daxil olmaqla dörd özəl televiziya kanalında canlı yayımlanacaq.

Mübarək Ramazan ayının ilk günündə final seçmə yarışlarının başlaması gözlənilir və Mavritaniya Radiosu tərəfindən iştirakçılar üçün 63 mükafat nəzərdə tutulub./iqna