Misrli azyaşlı karantin dövründə Quranı əzbərlədi

Misrli azyaşlı karantin dövründə Quranı əzbərlədi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Misrdə yaşayan Rudina Məhəmməd adlı 6 yaşlı qız koronavirus pandemiyasına görə elan edilmiş karantin dövründə valideynlərinin köməyi ilə bütün Qurani-Kərimi əzbərləyə bilib.

Rudina Məhəmməd Misrin “əl-Fayum” əyalətinin kəndlərindən birində yaşayır. Onun atası “əl-Fayum” əyalətinin İslami Fondlar İdarəsinin vaizi və camaat imamı vəzifəsində çalışır.

Rudina iki yaşında olanda atası Qurani-Kərimin kiçik surələrini ona öyrədib.

O, üç yaşına çatanda isə atası ona bütün Quran hifzini öyrətməyə başlayır.

Rudinanın atası deyir ki, qızı Qurani-Kərimin hifzinə Yunis surəsi ilə başlayıb və daha sonra bütün Quranı əzbərləyə bilib. Rudina Quranı əzbərləməklə yanaşı İngilis dilini də öyrənib.

Anasının təşviqi və atasının köməkləri Quranı əzbərləyən balaca Rudinanın arzusu böyüyəndə uşaq həkimi olmaq və kəndlərindəki xəstə uşaqları müalicə etməkdir.

Rudina uşaq ədəbiyyatı da oxuyur və balaca dostlarına da uşaq ədəbiyyatı oxumağı və Quran əzbərləməyi tövsiyə edir.

Rudinanın atası deyir ki, qızına Quranı əzbərləməyi kiçik ayə və surələr ilə başlayıb. Həmçinin o yatan zaman onun üçün Quran tilavəti edirmiş ki, qulaqları da Quran sözləri ilə ünsiyyət qursun.

O tövsiyə edir ki, uşaqlarına Quran öyrətmək istəyən valideynlər davamlı şəkildə Qurani-Kərimə qulaq asdırsınlar, ayələri təkrarlatdırsınlar, onlara təşviq üçün hədiyyələr versinlər, onları gəzməyə aparsınlar. Quran və ya nəyisə uşaqlara öyrətmək uşaqların əyləncəsini əllərindən almamalıdır. /iqna