Nə üçün Allah-təala Quranİ-kərİmdə bəzən “Mən” yox, “Bİz” kəlməsİNİ İşlədİr?

Nə üçün Allah-təala Quranİ-kərİmdə bəzən “Mən” yox, “Bİz” kəlməsİNİ İşlədİr?

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Cavab: “Mən” əvəzində “Biz” deyilməsi əzəmət və böyüklük nişanəsidir. Ərəb ədəbiyyatçılarının fikrincə, “Mən” yerinə “Biz” işlədilməsi əzəmətli isanlara xas olan xüsusiyyətdir. Böyük insanlar heç vaxt tək olmurlar.

Ümumiyyətlə, çoxlu tərəfdarları olan şəxs danışarkən “mən” yox, “biz” kəlməsini işlədir. Quranda isə “biz” kəlməsi Allahın əzəmətinə işarədir.

Quranda hər dəfə Allahın Özünü “Biz” kəlməsi ilə təqdim etməsi Onun əzəmət və böyüklüyünü xatırladır. Bəli, bütün varlıq aləmi Onun hökmü altındadır. Belə bir ifadə bizim tövhid inancımızı kamilləşdirir və diqqətimizi Allahın müqəddəs zatına yönəldir./OxuQuran.com