Nə üçün Qurani Kərimdə İnfaq (sədəqə) yeddİ yüz dənlİ buğdaya oxşadılmışdır?

Nə üçün Qurani Kərimdə İnfaq (sədəqə) yeddİ yüz dənlİ buğdaya oxşadılmışdır?

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

SUAL: Qurani-kərimdə oxuyuruq: “Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yeddi yüz dən vardır. Allah istədiyi şəxs üçün bunu qat-qat artırır. Allahın lütfü genişdir, O hər şeyi biləndir.” Biz kənd təsərrüfatı üzrə mütəxəssislərə bu sualla müraciət etdik ki, əgər torpaq münbit olarsa, su ilə tam təmin edilərsə, quşlar buğda dənini daşımazsa, buğda dənləri torpaqda xarab olmazsa, bir sözlə, ən münasib bir şəraitdə buğda nə qədər məhsul verə bilər? Onlar cavab verdilər ki, bir buğda dənindən maksimum otuz və ya qırx dən məhsul götürmək olar. Bəs necə olur ki, Allah-təala yeddi yüz dən verən buğdanı misal göstərir?

CAVAB: Sualın cavabında iki nöqtəyə diqqət yetirmək lazım gəlir:
Əvvəla, ayədə buğda sözü işlədilməmişdir. Tərcüməçilər və təfsirçilər uyğun ayənin tərcüməsində buğda kəlməsini işlətmişlər. Demək, bir dənəsindən yeddi yüz dən verən hansısa bitki ola bilər. Məsələn, bir qarğıdalıdan yeddi qarğıdalı cücərərsə və onların hər birində yüz dənə olarsa, ayədəki misal özünü doğruldar. Bəzi təfsirlərdə ayədə darının nəzərdə tutulduğu bildirilir.

İkincisi, ayədəki ifadə təşbeh də ola bilər. Gündəlik danışığımızda da bu sayaq təşbehlərdən istifadə olunur. Məsələn, deyirlər ki, o heç vaxt qürub etməyən günəşdir”. Hansı ki, günəş qürub etməyə bilməz. Demək, təşbehdə məqsəd hansısa xüsusiyyəti önə çəkməkdir. Yəni ayədə infaqın yeddi yüz dən verən sümbülə oxşadılması onun böyük savaba malik olmasından danışır. Quranda bu sayaq təşbehlərdən çoxdur. Məsələn, Quran yaxşı söhbətləri “daim meyvə verən ağac” kimi xatırlayır. Əslində isə daim meyvə verən ağac yoxdur. Demək, məqsəd pak söhbətin böyük imtiyazını nəzərə çatdırmaqdır.

Zeytun haqqında belə bir oxşatma ilə rastlaşırıq. “Onun yağı atəşsiz də yanmağa yaxındır.” Yaxşı bilirik ki, heç bir yağ atəşsiz işıqlana bilməz. Sadəcə bu təşbehlə zeytun yağının imtiyazı önə çəkilir. Uyğun ayədəki misal da infaq dəninin bütün dənlərdən üstün olduğunu bildirir/Oxuquran.com