Nə üçün “Tövbə” surəsİ “Bİsmİllah” İlə başlaNmır?

Nə üçün “Tövbə” surəsİ “Bİsmİllah” İlə başlaNmır?

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

CAVAB:  “Bəraət” surəsinin məzmunundan göründüyü kimi, bu surədə müşriklər hədələnir, əhdi sındıranlara müharibə elan olunur.

Bu surədə tövhid nurunu söndürmək istəyənlərə, Ərəbistan yarımadasında ilahi dinlə mübarizə aparanlara xəbərdarlıq olunur. Bu münasibətlə də surə mərhəmət nişanəsi olan “Bismillah”la başlanmır.

“Nəml” surəsində isə həzrət Süleymanın Səba mələkəsinə yazdığı məktubdan danışılır. Bu məktub “Bismillah”la başlayır. Quranda həmin məktubun bütün mətni nəql olunduğundan məktubun başlanğıcındakı “Bismillah” ifadəsi də verilmişdir./Oxuquran.com