Orbitər (Quran Möcüzələri)

Orbitər (Quran Möcüzələri)

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Quranda Günəş və Ay haqda danışılanda bu göy cisimlərinin hər birinin öz müəyyən orbitinin olduğu xəbər verilir:

“Gecəni və gündüzü də, Günəşi və Ayı da yaradan Odur. Onların hər biri bir göydə üzür”. (Ənbiya surəsi, 33)

Quranın başqa ayəsində həmçinin Günəşin hərəkətsiz olmadığından və bir orbitinin olduğundan bəhs edilir:

“Günəş də özü üçün müəyyən olunmuş yerdə seyr edər. Bu, yenilməz qüvvət sahibi olan, hər şeyi bilən Allah`ın təqdiridir”. (Yasin surəsi, 38)

Quranda xəbər verilən həqiqətlər müasir astronomik müşahidələr nəticəsində aydın oldular. Alimlərin hesablamalarına görə, Günəş “Solar Apex” adlanan orbit ilə saatda 720.000 km nəhəng sürətlə Veqa ulduzu istiqamətində hərəkət edir. Beləliklə, bir qədər kobud şəkildə yuvarlaqlaşdırsaq, o, gün ərzində 17.280.000 km məsafəni qət edir. Günəşlə bərabər eyni məsafəni onun cazibə gücünün təsiri ilə Günəş sisteminin planetləri və onların peykləri də keçirlər. Bundan əlavə, kainatdakı bütün ulduzlar da planlı şəkildə oxşar hərəkəti yerinə yetirirlər.

Bütün kainatın bu cür orbitlərlə bəzənməsi haqda yenə də Quranda deyilir:

“Yolları olan göyə and olsun ki”. (Zariyat surə-si, 7)

Kainatda təxminən 200 milyard qalaktika və onların da hər birində təxminən 200 milyard ulduz var. Bu ulduzların əksərinin planetləri, onların isə peykləri var. Bütün göy cisimləri ustalıqla hesablanmış orbitlərə malikdir. Milyonlarla il ərzində bu cisimlərin hər biri başqa cisimlərlə birlikdə öz orbiti ilə tam və qüsursuz harmoniya halında hərəkət edirlər. Onlardan əlavə, bu məkanda kometalar da öz şəxsi yolları ilə hərəkət edirlər.

Bütün bu göy cisimlərinin incəliklə nəzərdə tutulmuş orbitləri var. Milyon illərdir onların hər biri digəri ilə qüsursuz harmoniyada hərəkət edir.

Kainatdakı orbitlər tək göy cisimlərinə xas deyil. Hesablanmış və planlanmış orbitlərlə nəhəng sürətlə həm də qalaktikalar hərəkət edir. Nə qədər ki, bu hərəkət baş verir, onlar bir-birinə toxunmur, onların yolları kəsişmir. Bundan əlavə, o da qeydə alınıb ki, bəzi qalaktikalar onları təşkil edən ulduz və planetlərin heç birinin toqquşması baş vermədən bir-birinin üstündən növbə ilə keçirlər.

Təbii ki, Quranın nazil edildiyi dövrdə bəşəriyyət kosmosun dərinliyinə milyonlarla kilometr məsafədən baxa biləcək teleskopa, müasir fiziki və astronomik bilgilərə malik deyildi. Deməli, yuxarıda göstərildiyi kimi, kosmosun kometaların və ulduzların yollarına malik olması həqiqətini elmi cəhətdən üzə çıxarmaq və təsdiqləmək o dövrdə mümkün deyildi. Ancaq o dövrdə nazil edilən Qurani-kərimdə bu həqiqət bizə aydın xəbər verilib, çünki Quran Allah`ın sözüdür.