Oxucuları maraqlandıran hansı sualların cavabını Qurandan soruşa bilərik!

Oxucuları maraqlandıran hansı sualların cavabını Qurandan soruşa bilərik!

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

19 suala Quran ayələrindən cavablar:
Sən kitabsan?
Quran: \”Bu, insanlar üçün bir açıqlama, doğru yolu göstərən rəhbər və öyüd-nəsihətdir.\” (Ali-İmran\” 138)

 

Kim tərəfindən nazil olunub?
Quran: \”(Ya Rəsulum!) Həqiqətən, Quran sənə hikmət sahibi olan, (hər şeyi) bilən Allah tərəfindən təlqin (vəhy təlim) olunur.\” (\”Nəml\”6)

 

Nə üçün nazil oldun?
Quran: \”Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstərən rəhbər və mərhəmət gəlmişdir.\” (\”Yunis\” 57)

 

Kimə nazil oldun?
Quran: \”Muhəmmədə haqq olaraq nazil oldu\” (\”Muhəmməd\” 2)

 

Peyğəmbərin qarşısında üzərimizə hansı vəzifə düşür?
Quran: \”Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir.\” (\”Həşr\” 7)

 

Mənim üçün ən gözəl nümunə kimdir?
Quran: \”Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!\” (\”Əhzab\” 21)

 

Mənə Allahın əzəmətindən danış.
Quran: \”Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir!\” (\”Hədid\” 3)

 

O haradadır?
Quran: \”Siz harada olsanız belə, o sizinlədir\” (\”Hədid\” 4)

 

Onu özümüz üçün necə sübuta yetirək?
Quran: \”Sən Allahın rəhmətinə əsər əlamətinə bax ki, torpağı öldükdən sonra necə dirilir\” (\”Rum\” 50)

 

Onunla necə danışaq?
Quran: \”Mənə ibadət et və məni anmaq üçün namaz qıl\” (\”Ta-ha\” 14)

 

Yaradılışdan məqsəd nədir?
Quran: \”Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım\” (\”Zariyat\” 56)

 

İbadətdən məqsəd nədir?
Quran: \”Sənə yəqin (ölüm) gələnədək Rəbbinə itaət et!\” (\”Hicr\” 99)

 

Şeytan kimdir?
Quran: \”Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. \” (\”Fatir\”6)

 

Şeytanın vəsvəsələrinin müqabilində nə etməliyəm?
Quran: \”Əgər sənə Şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın\” (\”Fussilat\” 36)

 

Mənim daxili düşmənim kimdir?
Quran: \”Nəfs (insana) pis şeylər görməyi əmr edər\” (\”Yusuf\” 53)

 

Nəfsimlə necə rəftar etməliyəm?
Quran: \”Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!\” (\”Şəms\” 9)

 

Hara üz tutduğumu bilmək istəyirəm.
Quran: \”Ey insan! Sən (ölənə qədər) Rəbbinə doğru çalışıb çapalayırsan. Sən Ona qovuşacaqsan\” (\”İnşiqaq\” 6)

 

Bunun üçün yol azuqəsinə ehtiyac varmı?
Quran: \”Ən yaxşı tədarük (azuqə) isə təqvadır (pis əməllərdən çəkinməkdir).\” (\”Bəqərə\” 197)

 

Təqvanın nə faydası var?
Quran: \”Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər.\” (\”Təlaq\” 2-3)=İslamadogru.