Qətərdə Katara Quran müsabiqəsinin qaliblərinə mükafatlar verilib

Qətərdə Katara Quran müsabiqəsinin qaliblərinə mükafatlar verilib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Qətərdə beşinci dəfə keçirilən “Katara” Quran tilavəti müsabiqəsinin qalibləri elan edilib və mükafatları keçirilən mərasimdə təqdim edilib.

Mayın 7-də Katara Mədəniyyət Kəndi təşkilatı “Qurani-Kərimi öz səsinizlə bəzəyin” şüarı ilə keçirilən 5-ci Beynəlxalq Katara Beynəlxalq Quran tilavəti müsabiqəsinin qaliblərini elan edib. Həmçinin onlara mükafatlar təqdim edib.

Katara Mədəniyyət Kəndi Fondunun baş direktoru Xalid ibn İbrahim Əl-Soliti deyib ki, beşinci dəfə keçirilən Katara Quran qiraəti müsabiqəsi və ondan əvvəlki yarışma Korona virusunun yayılması səbəbindən virtual olaraq keçirilib.

O, 2023-cü ildə keçiriləcək yarışmanın altıncı turunda korono epidemiyasının tamamilə aradan qaldırılacağına, dünyanın hər yerindən iştirakçılar və Quran qarilərinin ölkəyə gələcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, bu müsabiqədə 16 ərəb və 32 qeyri-ərəb ölkəsi olmaqla, 48 ölkədən ümumilikdə 966 iştirakçı iştirak edib./iqna