Qazaxıstanda X Quran yarışları keçiriləcək

Qazaxıstanda X Quran yarışları keçiriləcək

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Qazaxıstanın X Milli Qurani-Kərim yarışları bu ölkənin Türküstan şəhərinin evsahibliyi ilə cari ilin Oktyabr ayında keçiriləcək.

İranın Qazaxıstandakı Mədəniyyət Mərkəzinin verdiyi məlumatda bildirilir ki, bu yarışlar Qazaxıstanın müstəqilliyinin 30-cu ildönümü münasibəti ilə təşkil edilib.

Quran yarışları cari ilin Oktyabr ayının 6 və 7-də Qurani-Kərimin 10, 20 və 30 cüz hifzi və qiraət ixtisasları üzrə keçiriləcək.

Bu yarışlarda regionlar üzrə keçirilmiş Quran müsabiqələrinin qalibləri iştirak edəcəklər.

Bundan öncəki milli və beynəlxalq yarışlarda iştirak edərək mükafat almış Quran hafizləri və qariləri bu yarışlarda iştirak edə bilməzlər.

Yarışlardan iştirak edənlərin yaşı 30-dan çox olmamalı, Qazaxıstan vətəndaşı olmalı və hər iştirakçı təkcə bir ixtisas üzrə yarışa qatıla bilər.

Qurani-Kərimin 30 cüz hifzi üzrə ilk üç yerin qaliblərinə maşın hədiyyə ediləcək. Digər qaliblərə isə nağd pul mükafatı veriləcək. /iqna