Qırğızıstanda ilk dəfə "Quran Baharı" yarışları keçirilir

Qırğızıstanda ilk dəfə “Quran Baharı” yarışları keçirilir

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Qığızıstanda ilk dəfə “Quran Baharı” adlı milli Quran müsabiqəsi keçiriləcək.

Qırğızıstanın Dini İşlər İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışlar Sentyabr ayının 25-də Qırğızıstanın Cəlalabad əyalətinin Bazarqurğan şəhərinin mərkəzi məscidində başlayacaq.

Sentyabr ayının 15-dək ölkənin regionlarında keçiriləcək Quran yarışlarının qalibləri milli yarışlarda iştirak etmək üçün seçiləcəklər.

Final mərhələsi Sentyabr ayının 25-də keçiriləcək bu yarışlar üçün yaş və say məhdudiyyəti yoxdur.

Yarışlarda Qurani-Kərimin 10, 20 və 30 cüzünü əzbər bilənlər iştirak edəcəklər.

Yarışların maddi dəstəkçisi Qırğızıstanın “Bay Dehqan” (Əkinçilərə Dəstək) Mərkəzinin rəisi Ernəst Akunebkovdur.  /iqna