Qırğızıstanda "Quran Baharı" yarışları başlayıb

Qırğızıstanda “Quran Baharı” yarışları başlayıb

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Qırğızıstanda ilk dəfə 27 Quran hafizinin iştirakı ilə “Quran Baharı” adlı Quran hifzi yarışları keçilir.

Qırğızıstanın Müsəlmanların Dini İdarəsinin təşəbbüsü ilə keçirilən “Quran Baharı” yarışlarında ölkənin müxtəlif əyalətlərindən Quran hafizləri iştirak edirlər.

Bu barədə IQNA-ya Quran Baharı yarışlarının keçirilməsi komitəsinin məsulu Məhəmmədyar Qurbanbəyov məlumat verib.

Quran Baharı yarışlarının maddi vəsaiti “Bay Dehqan” Əkinçilərə Dəstək Mərkəzinin rəisi tərəfindən təmin edilib.

Sentyabr ayının 24-də başlayan bu yarışlar Qırğızıstanın Qurğan şəhərinin bazar məscidində keçirilir.

Yarış iştirakçıları Qurani-Kərimin 30, 20 və 10 cüzü ixtisasları üzrə rəqabət aparırlar.

Yarışın qaliblərinə 12 min dollar (1 milyon sum) və iki Ümrə ziyarəti mükafatı veriləcək. /iqna