Qoruyucu tavan (Quran möcüzələri)

Qoruyucu tavan (Quran möcüzələri)

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Allah Quranda bizim diqqətimizi göy quruluşunun bir vacib xüsusiyyətinə cəlb edir:

“Göyü qorunub saxlanılan bir tavan etdik. Halbuki, ayələrimizdən üz döndərirlər”. (Ənbiya surəsi, 32)

Göy quruluşunun bu xüsusiyyəti XX əsrdə elmi tədqiqatların gedişatında öyrənilmişdi.

Yer nüvəsini hər tərəfdən əhatə edən atmosfer Yer üzündə həyatın varlığını təmin etmək üçün çox vacib funksiyaları yerinə yetirir. O, Yerə yaxınlaşan çoxsaylı böyük və kiçik kosmik daşları məhv edir, əridir və beləliklə, meteoritlərin düşərkən Yer üzünə verəcəyi ziyanın qarşısını alır.

Bununla yanaşı, atmosfer canlı orqanizmlər üçün zərərli olan kosmik şüaları filtrdən keçirir. Burada o, zərərsiz şüaları, yəni görünən işığı, infraqırmızı şüanı və radiodalğanı buraxır, çünki onlar həyat üçün vacibdir. Atmosferin müəyyən miqdarda buraxdığı ultrabənövşəyi şüalar bitkilərdə fotosintez prosesi və beləliklə, Yer üzündə hər cür həyatın qorunması üçün çox vacib rol oynayırlar. Günəşin buraxdığı cod ultrabənövşəyi şüanın böyük hissəsi atmosferin ozon qatında ləngiyir və Yer səthinə onun yalnız həyat üçün vacib olan miqdarı çatır.

Atmosferin qoruyucu funksiyası bununla kifayətlənmir. O, Yeri orta hərarəti mənfi 270 dərəcə S təşkil edən kosmik soyuğun buzundan qoruyur.

Yeri kosmosun zərərli təsirlərindən yalnız atmosfer qorumur. Onunla yanaşı, bizim planetə çatan zərərli şüalara qarşı sipər rolunu həmçinin “Van Allen qurşağı” adlanan və Yerin maqnit sahəsinin mənbəyi olan qalxan rolunu oynayır. Günəşdən və başqa ulduzlardan daima çıxan şüa insanlar üçün ölümcül dərəcədə qorxuludur. Günəşdə baş verən və “parlama” adlandırılan enerji partlayışları da xüsusi əhəmiyyət daşıyır. Onlar elə güclüdürlər ki, “Van Allen qurşağı” olmasaydı, Yer üzündəki bütün canlıları məhv edərdilər.

Van Allen qurşaqları mənbəyi Yerin maqnit sahəsi olan sferalardır. Bu dairələr bizim planeti zərərli kosmik şüalanmadan qoruyan qalxan rolunu yerinə yetirir.

Yaxın keçmişdə hər bir parlamanın kosmik boşluğa atdığı enerji Xirosimaya atılan atom bombası gücündə 100 milyard bombanın enerjisinə bərabərdir. Parlamadan 58 saat sonra kompasın əqrəbləri şkala həddini aşdılar. 250 km hündürlükdə hərarətin 2500 dərəcə S-yə qədər sıçrayışı baş verdi.

Başqa sözlə, Yerin üzərində onun xarici təhlükələrdən qorunmasını təmin edən, hər tərəfdən onu bürüyən mükəmməl sistem var. Yerin səmasının bu cür qoruyucu funksiyasının mövcud olması haqda bizə Quranda əsrlərlə bundan əvvəl xəbər verilib.